“Ölkəyə ciddi siyasi və iqtisadi dividentlər gətirən mötəbər 2019 Formula 1 Azərbaycan Qran-Pri yarışı öncəsi kanalizasiya lyukunun çıxması ilə bolidin zədələnməsinə sevinənlərin sonu necə oldu? Hətta, Orduxan adlı məxluq ağzını-lyukunu açaraq xüsusi canfəşanlıqla və istehza ilə videogörüntü də yayımlamışdı”. Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Onun sözlərinə görə, yarışlar yüksək səviyyədə başa çatdı: “Yuxarıda qeyd edilən lyuk problemi də ilk hadisə deyildi və indiyədək eyni və ya oxşar tipli qəza bir neçə yarışmada qeydə alınıb. Belə ki, 2005-ci ildə Çin, 2010 və 2016-cı illərdə iki dəfə Monako Qran-prisində eyni hadisə baş verib. Yəni, bu kimi hadisələr formula yarışları zamanı istisna deyil və mümkündür.Dövlətimiz bu dəfəki Formula 1 Qran Pri yarışlarına 50 milyon vəsait xərcləyərək 250 milyon qazandı. Bu elit idman yarışmasını dünyanın əksər ölkələrində canlı yayımda izləyən milyonlarla insan Azərbaycanı, onun möhtəşəm paytaxtını tanıdı, ölkəmizə gələn turistlər ölkəmiz barədə xoş təəssüratlarla vətənlərinə geri dönürlər.Təəssüf ki, paytaxtımızda baş tutan və bizim üçün təkcə idman yarışı olaraq əhəmiyyət kəsb etməyən növbəti böyük bir hadisənin uğurla yekunlaşmasından məyus olan siyasi ambisiyaları göylə gedən adamlar var. Amma, azərbaycanlı olaraq ölkəsinin nüfuzuna müsbət təsir göstərən hadisəyə qara yaxmaq artıq siyasət deyil”.
sia.az