"Gürcüstan prezidenti Salome Zurabişvili odla oynayır". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, diplomat soyuqqanlı olmalıdır: "Xanım Zurabişvili Fransada doğulub, diplomat olub, ölkəsinin Gürcüstandakı səfiri olub. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Azərbaycanın Gürcüstandakı böyük yatırımları, boru xətləri, Dövlət Neft Şirkətlərinin layihələri, satdığı ucuz qaz qonşu ölkəyə ayaqda qalmağa imkan verir. Biz elə bilirdik ki, Tbilisi bunu anlayır. Ancaq gürcülərin ermənilər kimi bizə qarşı ərazi iddiası var.
Nə etməliyik?
Güzəştə gedə bilmərik. Ancaq Gürcüstanla münasibətlərin gərginləşməsinə də yol vermək olmaz. Danışıqlar davam etməlidir. Sadəcə Zurabişvilinin tərsliyi tutub, elə bu saat Azərbaycanla sərhəddin “müəyyənləşməmiş” 34 fazinin həll olunmasını istəyir. Hakimiyyətə kənardan nəzarət edən Bidzina İvanişvilinin xəttinə oxşayır. Zurabişvilinin və onun arxasındakı güclərin Azərbaycana qarşı inadkarlıqları Gürcüstandakı millətçiləri də ayağa qaldırıb və onlar bizim haqqımızda aşağılayıcı ifadələr işlətməyə başlayıblar. Tbilisi yaxın günlərdə bu prosesi dayandırmasa nəticələri iki ölkə arasındakı münasibətlər üçün yaxşı olmayacaq. Xarici işlər nazirlərinin görüşünə və birgə komissiyanın toplanmasına ehtiyac var. Əks halda əgər başlamayıblarsa ermənilər gürcülərlə azərbaycanlılar arasında qovğanın genişlənməsində maraqlı olacaq, dezinformasiya şəbəkəsini işə salacaqlar".
sia.az