PDF Oxu

Siyasət

  • 4 275

“Prezidentin çıxışı xarici sərmayədarlar üçün bir çağırış idi” ÖZƏL-ŞƏRH

“Prezidentin çıxışı xarici sərmayədarlar üçün bir çağırış idi” ÖZƏL-ŞƏRH

“Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu keçirildi. Bu Forumda 37 dövlət və hökumət başçısı iştirak edirdi. Əslində Forumda dünyanın gələcək iqtisadi perspektivləri, eyni zamanda “Bir kəmər, bir yol” layihəsi ətrafında yaranan yeni tərəfdaşlıq məsələləri və onların perspektivləri, bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi üçün müəyyən addımların atılması məsələləri müzakirə olundu”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, “Bir kəmər, bir yol” layihəsi 150-dən çox ölkə tərəfindən dəstəklənir və təqribən bir o qədər də bu layihə ətrafında iştirakçı dövlətin olması proqnozlaşdırılır: “Bu isə o deməkdir ki, bu yol gələcəkdə yükdaşıma sahəsində dünya iqtisadiyyatının əsas arteryal qan damarlarından biri olacaqdır. Şübhəsiz ki, eyni zamanda bu yol ətrafında özünəməxsus bir iqtisadiyyat formalaşacaqdır, ayrı-ayrı məntəqələrdə yeni mərkəzlər yaranacaqdır. Bu isə Asiyadan Avropaya uzanan ən qısa və ən səmərəli yol olmaqla yükdaşımalarında və iqtisadi inteqrasiyada XXI əsrin ən böyük layihələrindən birinə çevriləcəkdir.Azərbaycan Prezidenti bu görüşdə çıxış etdi və ölkəmizin mövqeyindən, eyni zamanda Azərbaycanın bu nəqliyyat qovşağının birləşməsində oynadığı roldan danışdı. Bununla belə dövlət başçısı bu proses çərçivəsində Azərbaycanda həyata keçirilən işlərdən danışdı. Əvvəlcədən qeyd etmək lazımdır ki, “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan çox böyük töhfələr verib. Çünki, Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi və burada yüklərin fasiləsiz olaraq daşınmasının təmin olunması Böyük İpək Yolunun bərpa olunmasında yeni bir tarixi hadisədir. Çünki, yüklərin dəniz yolu ilə daşınması gəmilərdən qatarlara, eləcə də qatarlardan gəmilərə yükənmədə böyük vaxt itkisinə səbəb olur və həddindən artıq uzunmüddətə başa gəlirdi. Ancaq Azərbaycanın təmin etdiyi nəqliyyat kommunikasiya vasitəsi fasiləsiz olaraq yüklərin daşınmasını təmin edəcək. Yəni yükləri bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb-doldurulmadan birbaşa təyinat nöqtəsinə yönləndiriləcəkdir ki, bu da mühüm bir keyfiyyət dəyişikliyidir. Şübhəsiz ki, Azərbaycan Prezidenti bu cür beynəlxalq Forumda əldə etdiyimiz nəticələrdən də danışdı.Ölkə başçısı ötən illər ərzində həm yol-nəqliyyat kommunikasiyası sahəsində, həm də bütövlükdə ölkəmizdə ən müxtəlif sahələrdə həyata keçirilən islahatlardan danışdı. Təsadüfi deyil ki, cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların hesablamalarına görə Azərbaycan on ən islahatçı ölkədən birinə çevrilib. Biz bilirik ki, bura ölkədaxili siyasətlə bağlı həyata keçirilən islahatlar, sosial islahatlar, idarəetmədəki islahatlar, hüquqi islahatlar daxildir və s. Amma təbii ki, bunun beynəlxalq tərəfləri də var. Bu islahatlar nədən ibarətdir? Məsələn, Azərbaycanın həyata keçirdiyi islahatlar nəticəsində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində daşınan yüklərin yükdaşıma tariflərinin birgə müəyyənləşdirilməsi də var. Eyni zamanda biz bura Ələt-Azad ticarət zonasının yaranmasını da əlavə edə bilərik. Bütövlükdə düşünürəm ki, Azərbaycan Prezidenti tərəfindən qeyd olunan bu fikir əslində həm də xarici sərmayədarlar üçün bir çağırış idi. Çünki, viza rejiminin sadələşdirilməsi, iqtisadi qanunların optimallaşdırılması, Azərbaycanın sərmayə qoyuluşu üçün ən münbit ölkələrdən birinə çevrilməsi, islahatlar paketinə daxil olan məsələlərdir və çoxsaylı investorlar üçün Azərbaycanın cəzbedici bir məkana çevrilməsidir”.

sia.az

Digər xəbərlər