PDF Oxu

Siyasət

  • 3 686

"Vaşinqton görüşündə də bu kimi razılaşmalar əldə oluna bilər" AÇIQLAMA-ÖZƏL

"Vaşinqton görüşündə də bu kimi razılaşmalar əldə oluna bilər" AÇIQLAMA-ÖZƏL

“ABŞ-ın münaqişənin həlli ilə bağlı danışıqları öz üzərinə götürməsi müsbət haldır. ABŞ hesab edir ki, prosesdə fəal iştirak etməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Azərbaycan və Ermənistan XİN başçılarının növbəti Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşdən müsbət gözləntilərin olacağına şübhə ilə yanaşan politoloq bildirib ki, əgər Ermənistan tərəfindən indiyədək keçirilən görüşlərdə konkret təkliflər irəli sürülməyibsə, bu görüşdə onların hansısa təşəbbüslə çıxış etməsi şübhəli görünür.Politoloqun sözlərinə görə, əgər görüş ABŞ - Rusiya arasında olan narazılıqların nəticəsi baş tutarsa, ondan müsbət nəsə gözləmək çətindir: “Çünki bizə konkret nəticələr lazımdır. Obyektiv, ədalətli yanaşma, qətnamələrin yerinə yetirilməsi, Azərbaycanın işğaldan azad edilməsi prosesin başlanmasına nail olunmalıdır. Bizim diplomatiya buna nail olmalı, addımlarımız da bu istiqamətdə həyata keçirilməlidir”.Danışıqlarla bağlı görüşün keçirilməsini müsbət qiymətləndirən politoloq vurğulayıb ki, lakin görüşün nə dərəcədə perspektivli olması haqqında danışıqları haqqında fikir söyləmək çətindir: “Bildiyiniz kimi XİN başçılarının Moskva görüşündə humanitar aksiyalarla bağlı razılaşma əldə olunub. Hesab edirəm ki, Vaşinqton görüşündə də bu kimi razılaşmalar əldə olunsun. Əsirlərin dəyişdirilməsi və bu kimi humanitar məsələlərin davamı Vaşinqton görüşünün danışıq predmeti ola bilər”.

sia.az

Digər xəbərlər