“Ümumiyyətlə terrora, terror təşkilatlarına qarşı heç zaman dünyanın mövqeyi birmənalı olmayıb. Cənab Prezident İlham Əliyev bütün çıxışlarında ən prioritet məsələ kimi məhz o təhlükəsizlik məsələsini qaldırır. Hətta bunu dünyaya mesaj olaraq qaldırır”. Bunu SİA-ya millət vəkili Elşən Musayev Pakistanda baş verən terror aktına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bu gün dünyanın bizdən öyrənəcəyi stabillikdi, sabit siyasətdi, təhlükəsizlik məsələsidir: "Dünyanın mövqeyi çox qəlizdir. Bu gün nə Avropa, nə də Qərb dövlətlərinin heç birində təhlükəsizliklə, terrora qarşı mübarizə ilə bağlı sütun, xüsusi strategiya görmürük. Heç şübhə etmirəm ki, Pakistanda, digər ölkələrdə də dövlətin, dövlət siyasətinin natarazlığından gələn siyasət fonunda bu cinayətlər baş verir".E.Musayev əlavə edib ki, terror bütün hallarda lənətlənməlidir: "Eləcə də terroru törədən, terrora dəstək verən qüvvələr bütün hallarda qınanmalıdır. Biz əsas cinayətkarı qoyub hansısa dövləti ittiham edə bilmərik. Amma dövlətlər də bu məsələlərdə çox ciddi olmalıdırlar. Biz Türkiyəni başa düşürük. Çünki bu gün bütün dünyanın gözü Türkiyədədir. Qardaş ölkənin PKK problemi var, eləcə də Suriya məsələsində böyük səylər göstərir və s. Türkiyə böyük dövlət olduğu üçün burada xüsusi maraqlar var. Biz dəfələrlə demişik ki, Avropa İttifaqı, Avropa Şurası, BMT, NATO və s. terrorist qüvvələrə qarşı yekdil ola bilmirlər".
sia.az.