PDF Oxu

Siyasət

  • 4 089

"Heydər Əliyev hər zaman İslam dininə sadiq qalıb" Səyyad Salahlı

"Heydər Əliyev hər zaman İslam dininə sadiq qalıb" Səyyad Salahlı

"Ümummilli Lider Heydər Əliyev Allah-Təala tərəfindən xalqımıza bəxş edilmiş ən böyük şəxsiyyətdir". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyyad Salahlı "Heydər Əliyev və Azərbaycanda din siyasəti" mövzusunda keçirilən konfransda deyib.O bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda daxili münaqişələr sona çatıb: "Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən xalq olaraq böyük nailiyyətlər əldə etdik. Xaosların qarşısı alındı, digər problemlər öz həllini tapdı".Sədr müavini Ümummilli Liderlə bağlı xatirələrini də bölüşüb: "1993-cü ilin 5 sentyabrında "Təzəpir" məscidində Peyğəmbərin doğum günü ilə əlaqədar tədbir keçirilirdi. Heydər Əliyev də məscidə gəldi. Onun əyləşməyi üçün məscidin içərisinə kreslo gətirdilər. Amma Ümummilli Lider məscidin içində kresloda oturmaqdan imtina etdi. Heydər Əliyev hər zaman öz dininə sadiq qalıb və İslam dininin bütün ehkamlarına riayət edib".

sia.az

Digər xəbərlər