PDF Oxu

Siyasət

  • 3 729

Milli Məclisin deputatları Almaniyaya gedir

Milli Məclisin deputatları Almaniyaya gedir

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gedəcəklər. SİA-nın məlumatına görə, "İqtisadiyyat – münaqişə mənbəyi, və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın həyata keçirilməsi üçün alət – Avropa tarixindən öyrənilmiş dərslər” mövzusuna həsr edilmiş tədbirdə ATƏT regionunda, o cümlədən Avrasiyada davam edən münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyətinin rolu, nəqliyyat, qaz və neft layihələrinin dövlətlərarası əlaqələrə təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.“Avrasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər: Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında ATƏT-in iqtisadi və ekoloji ölçülərinin yeni vəzifəsi və oynadığı rol” mövzusuna həsr edilmiş 3-cü sessiyaya Azay Quliyev sədrlik edəcək.Bununla yanaşı, deputatımız “Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizləri, o cümlədən Yeni İpək Yolu layihəsi” mövzusuna həsr edilmiş 5-ci sessiyada məruzə ilə çıxış edəcək.Səfər çərçivəsində Azay Quliyev Almaniya Parlamentinin deputatları və rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirəcək.Səfər mayın 8-də başa çatacaq.

sia.az

Digər xəbərlər