PDF Oxu

Siyasət

  • 3 743

İƏT baş katibi: "Forum münaqişələrə qarşı mübarizə aparmağı tələb edir"

İƏT baş katibi: "Forum münaqişələrə qarşı mübarizə aparmağı tələb edir"

"Forumda iştirak etmək üçün Bakıda olmaqdan məmnunam. Məni bu foruma dəvət etdiyinə görə, Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu tədbir məhz bizim ümumi əməyimizi, münaqişələrə qarşı mübarizə aparmağı tələb edir". SİA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əl-Osaymin Bakıda V Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.O, bildirib ki, ölkələr bütün sahələrdə mədəniyyətlərarası əlaqələri gücləndirməli, ekstremizmə qarşı ümumi mübarizə aparmalıdır: "Münaqişələrin aradan qaldırılması ilə bağlı vəziyyət daha da gərginləşir. Bu gün müxtəlif qütblər arasında qarşıdurmalar baş verir. Şri-Lankada baş verənlərdə 250 nəfərə yaxın insan həlak olub. Bu dar düşüncəli insanların fəaliyyətinin nəticəsidir. Ədavətin yayılması beynəlxalq ictimaiyyəti yeni münaqişələrə sürükləyir. Biz bu əməllərdən ailə üzvlərinizi qorumalıyıq. Bütün dövlətlər əməkdaşlıq etməlidir".İƏT baş katibi çıxışı zamanı digər təşkilatları mədəniyyətlərarası dialoqa dəvət edib: "Əməkdaşlığın qarşılıq şəkildə aparılması çox vacibdir. Bu, əslində sivilizasiyaların anlaşmaya aparan yoldur. İƏT tərəfindən bu istiqamətdə qərar qəbul edilib, bu qərarlarda bildirilir ki mədəniyyətlərarası dialoq sülhə aparan yoldur. Biz bundan sonra da ümumi cəbhədən çıxış edərək dini ekstremizmə yol verməməliyik. Biz buna qarşı yeniliklərdən istifadə etməliyik. Biz ümumi amalımız üçün çalışmalıyıq".Onun sözlərinə görə, müvafiq mühitin yaradılması qarşılıqlı yanaşmanı tələb edir: "Bərabərsizlik münaqişələrə yol açan məsələlərdən biridir. Göstərilən səylərdə hökumətlər fəal olmalıdır. Qərarları qəbul edən qurumlar əməkdaşlığı gücləndirməlidir. Buna görə biz bütün tərəflər arasında dialoqun tərəfdarıyıq. İstərdik ki, bir sıra yaxın tərəfdaşlarımızla bu kimi tədbirlərdə iştirak edənlərlə səylərimizi birləşdirək, münaqişələrin qarşısının alınması töhvə verək".

sia.az

Digər xəbərlər