"Bakı prosesində yenidən iştirak etməkdən məmnunam. UNESCO Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Forumu dəstəkləyir. Artıq bir neçə ildir ki, UNESCO Azərbaycan hökuməti ilə bu işdə yaxından çalışır". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Nada əl-Naşir bildirib.O bildirib ki, dünyada zorakılıq, etinasızlığın şahidi oluruq: "Biz münaqişələrin cəmiyyətləri parçalamasını, nifrət dolu çıxışların üstün gəldiyini görürük. Qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin, onların təzyiqlərə məruz qaldıqlarını görürük. Biz pozitiv dəyişiklikləri təbliğ etməli, dayanıqlı cəmiyyət formalaşdırmalıyıq. UNESKO-nun məqsədi sülh prinsipləri təbliğ etməkdir. 2013-cü ildən biz mədəniyyətlərarası dialoqlar qururuq, bu bizə təşəbbüslərimizi irəli aparmağa kömək edir".Nada əl-Naşir deyib ki, biz qadınların təhsil almaq hüququnun gücləndirilməsini təbliğ etməli, etinasızlığa qarşı mübarizə aparmalıyıq: "Bütün bu prinsipləri təbliğ etməliyik. Təşəbbüslərimizin həyata keçirilməsi üçün əlverişli mühit yaradılmalıdır. Bakı Forumunun əsas prinsiplərindən biri budur. Biz bu Forumda qüvvələrimizi səfərbər etməli, konkret addımların atılmasına nail olmalıyıq. Mütərəqqi bəhrə görmək üçün əməkdaşlıq etməliyik".
sia.az