"Mənim üçün yenidən Azərbaycana gəlmək şərəfdir. Azərbaycan dinamik, gənc bir dövlətdir. Mən həm bu Forumun təşkili, həm də Bakı Prosesinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni bildirib.O bildirib ki, Mədəniyyətlərarası dialoq sahəsində təcrübələrini bölüşmək üçün bu Forum və Bakı Prosesi əvəzedilməz platformadır: "Mədəniyyətlərarası dailoq həddən artıq mühüm və vacibdir. 2008-ci ildən Avropa Şurası "Ağ kağızlar" adlı bir hesabatını "Bir yerdə, ləyaqət içində yaşamaq" başlığı altında çap etdik. Demokratiya, bərabərlik və qanunun aliliyi prinsipi Avropa Şurası üçün vacibdir, biz bu yolla inkişaf edirik".Qabriela Battani-Draqoni söyləyib ki, Avropa Şurasına üzv dövlətlər bu prinsipləri qəbul ediblər: "Biz bu prinsiplər əsasında dövlətlərimizi qurur, sülhə nail ola bilərik. Bizim Şimal-Cənub Mərkəzimiz var, qlobal vətəndaşlıq konsepsiyası üzərində işləyir. Avropa İnsan Haqları Məhkəməsinin qətnamələri, Avropa Şurasının qurumlarının qərarlarında tolerantlıq təşviq olunur. Mədəniyyətlərarası diaoq heç vaxt bitməyən bir çağırışdır. Biz bu Forumun prinsiplərini fəaliyyətə çevirməliyik. Bu, bizdən birgə yaşayışa dair narahatlıqları aradan qaldırmağa və dövlət strukturlarını yenidən qurmağı tələb edir. Mədəniyyətlərarası dialoqda azlıq hüquqlarının qorunması çox vacibdir. Tərəqqi siyasi iradə əsasında təmin olunacaq. Çağdaş Avropada ifrat millətçiliyin və populizmin inkişafını görürük. Buna görə bir çox problemlər yaranır, azlıqların hüquqları problemlərlə üzləşir. Bakı Prosesi məhz bu məsələlərə həsr olunub. Qələbə qazanmaq üçün bu, bizim üçün çox vacibdir".
sia.az