"Biz qarşımızda qoyduğumuz hədəflərə nail olmaq üçün dialoqa nail olmalıyıq". SİA-nın xəbərinə görə, bunu ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun açılış mərasimində çıxışı zamanı deyib.O bildirib ki, əsas güc dünyanın super güc dövlətlərin rəhbərlərinin, ikinci güc isə elm adamlarının üzərinə düşür: "Düzgün yanaşma göstərməli, dini və mədəni dəyərləri nümayiş etdirməliyik. Məscidlər, kilsələr, sinaqoqlar və dünyanın digər məbədlərində dindarlar bununla bağlı tərbiyəvi işlər aparmalıdır".Onun sözlərinə görə, münaqişələr, ədavət ayrı-seçkiliklər, bərabərsizlik əslində göstərir ki, siyasi iradə yoxdur: "Hətta BMT TŞ-in qətnamələrinə də nəzarət olmur. Supergüclər öz aralarında mübarizə aparır və dünya məsələlərinə diqqətlə yanaşmır. Niyə bu gün biz ksenofobiyaya qalib gələ bilmirik? Bu hamımızı narahat edir. Bəlkə də digər dünya müharibəsi başlaya bilər".İSESCO-nun baş direktoru söyləyib ki, hər kəs kamil dünyada yaşadığını görmək istəyir: "Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bu isə beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan sülh və qarşılıqlı hörməti təşviq edən ölkədir. Dünya Azərbaycana yardım etmir. Azərbaycana ədalətsiz yanaşır".
sia.az