Bu gün Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.Forumun əhəmiyyətinən danışan internet-media eksperti Səbuhi Abbasov bu ilki forumun dünyada böyük əks-səda doğurduğunu dedi: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi çox mühüm siyasi və mədəni hadisədir. 5-ci Bakı Forumu digərləri kimi Azərbaycanın tolerant ölkə və multikulturalizm dəyərlərinə sahib olduğunu dünyaya nümayiş etdirmək imkanı yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata həyata keçirilən forumda hər kəs sülh çağırışı edirdi. Bir məqamı xüsusi ilə vurğulamalıyam. Bu forumda bütün iştirakçılar həm də Leyla Əliyevanın bir çox strateji istiqamətlər üzrə dünyaya çağırışlarını mühüm hadisə kimi qeyd etdilər. Bütövlükdə onlarla ölkədən foruma qatılan iştirakçılar ölkəmiz, eyni zamanda, Dağlıq-Qarabağ münaqişəsinin region təhlükəsizliyində rolu haqqında təfsilatlı informasiyaya sahib oldular".
sia.az