PDF Oxu

Siyasət

  • 4 029

"Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir" ÖZƏL- AÇIQLAMA

"Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir" ÖZƏL- AÇIQLAMA

"Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqun inkişafına və təbliğ olunmasına töhfə verməklə yanaşı, bir çox irimiqyaslı beynəlxalq mədəniyyət tədbirlərinin təşkilatçısı və tərəfdaşı kimi çıxış edir". Bu fikirləri SİA-ya açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Əlcəzairdən olan iştirakçısı İdriss Jazairy deyib.O bildirib ki, Mədəniyyətlərarası dialoq sahəsində təcrübələri bölüşmək üçün bu Forum və "Bakı Prosesi" əvəzedilməz platformadır: "Dünyada mövcud olan hazırkı vəziyyətdə mədəniyyətlərarası dialoq çox mühüm və vacib bir amildir".Forumun Azərbaycanın dünya miqyasında imicinin artırılması baxımında da böyük əhəmiyyət kəsb etdiyini deyən Əlcəzairdən olan qonaq vurğulayıb ki, paytaxt Bakı yüzlərlə insanı bir araya toplamaqla dünya ölkələrinə sülhprəvərliyini nümayiş etdirmiş olur: "Şəhəriniz çox gözəldir. Burada olmaqdan çox şad və məmnunam. Yüksək təşkilatçılığa görə Azərbaycan Prezidenti və hökumətinə minnətdaram".

sia.az

Digər xəbərlər