PDF Oxu

Siyasət

  • 3 944

“SƏS” Media Qrupunun rəhbəri qalibləri təbrik etdi

“SƏS” Media Qrupunun rəhbəri qalibləri təbrik etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mayın 4-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri arasında keçirdiyi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI atıcılıq turnirinin qalibləri bu gün “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyevlə görüşüblər. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən Media Qrupunun rəhbəri yarış iştirakçılarını qalib gəlmələrini münasibətilə bir daha təbrik edərək "Səs" qəzetinin tarixə mübariz bir qəzet kimi daxil olduğunu, Azərbaycanın müstəqillik tarixində öz layiqli yeri, obyektiv mövqeyi ilə həmişə öndə gedən müstəqil mətbu orqan kimi yaddaşlara həkk olunduğunu diqqətə çatdırıb.Bəhruz Quliyev əlavə edib ki, 2008-ci ildə prezident seçkiləri ərəfəsində “Səs” qəzetinin bazasında cəmiyyətə obyektiv, qərəzsiz informasiya çatdırmaq məqsədi ilə “Səs” İnformasiya Agentliyi (SİA) yaradılıb: “Hazırda SİAkifayət qədər nüfuzlu agentliklərdən biridir. 2011-ci il yanvarın 11-dən etibarən “siasport.az” saytı, fevral ayından isə “SƏSTV.az” internet televiziyası fəaliyyətə başlayıb. Bu da qəzetimizin cəmiyyətə bir töhfəsidir. İnşallah, yeni layihələrimiz var, onları da həyata keçirəcəyik”.Sonra atıcılıq yarışında qalib gəlmiş “Səs” qəzetindən ibarət komanda kuboku “SƏS” Media Qrupunun rəhbərinə təqdim edib və kollektivin digər üzvləri ilə xatirə şəkili çəkdirilib.Qeyd edək ki, SHXÇDX-nın mayın 4-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında baş tutan yarışına hər biri 3 nəfərdən ibarət olan 16 media komandası qatılmışdı. Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 6 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri “Səs” qəzetinin, II yeri İctimai Televiziyanın, III yeri “525-ci qəzet”in əməkdaşlarından ibarət komandalar tutublar. Qaliblərə kubok, medal, diplom və pul mükafatları təqdim edilib.

sia.az

Digər xəbərlər