PDF Oxu

Siyasət

  • 3 729

"Bakı prosesi" müxtəlif xalqlar və dövlətləri özündə birləşdirməyi bacarır" MÖVQE-ÖZƏL

"Bakı prosesi" müxtəlif xalqlar və dövlətləri özündə birləşdirməyi bacarır" MÖVQE-ÖZƏL

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olmaqla yanaşı, həm də Azərbaycanın xoşməramlı təşəbbüslərini özündə birləşdirir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.O bildirib ki, artıq V dəfə ölkəmizdə baş tutan "Bakı prosesi" dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətləri özündə birləşdirməyi bacarır.Hazırda dünyada münaqişələrin, radikalizmin genişləndiyini deyən deputat söyləyib ki, bir sıra ölkələrdə yaranan iğtişaş və terror hadisələrinin kökündə dialoqun olmaması dayanır:“Bu gün yaşadığımız dünyada hörmət anlayışına çox az hallarda rast gəlirik. Lakin bu hörmətin təmin edilməsi Azərbaycan tərəfindən çox gözəl nümayiş etdirilir. Məhz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılır, səmərəli müzakirələr – fikir mübadilələri aparılır. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir”.S. Fətəliyeva qeyd edib ki, ilk forumlarda tariximizi, mədəniyyətimizi, tolerantlığımızı və müasir inkişafımızı beynəlxalq aləmə təqdim etmək üçün Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsinə daha çox maraq göstərirdisə, hazırda beynəlxalq təşkilatlar, qurumlar mühüm tədbirlərin məkanı kimi özləri Azərbaycanı seçir və ölkəmizdə keçirilən mötəbər tədbirləri yüksək qiymətləndirirlər.

sia.az

Digər xəbərlər