YAP İmişli rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edib
Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP İmişli rayon təşkilatındi tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. S.Ağayev, onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir Azərbaycan dövlətinin memarı və qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.Tədbirdə rayon təhsil şöbəsinin müdir müavini Vahid Tağıyev rayon təşkilatının qadınlar şurasının sədri Validə Zülfiqarova, rayon təşkilatı gənclər birliyinin sədri Ziya Paşayev və başqaları çıxış edərək vurğulayıblar ki, Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə möhtəşəm qayıdışı ölkəmizi, xalqımızı, dövlətçiliyimizi və müstəqilliyimizi qarşılaşdığı ağır günlərdən qurtardı. Bu gün bu uğurlu siyasətin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin apardığı mütərəqqi siyasət Azərbaycan xalqının həyatında, həmçinin, hər bir Yeni Azərbaycan Partiyası üzvünün daha fəal olmasındı öz töhfəsini verməkdədir. Qeyd olunub ki, bu gün rayon təşkilatında gənclərin sayı artmaqda davam edir.Sonda Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin qaliblərı və bir qrup partiya fəalları Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
sia.az