PDF Oxu

Siyasət

  • 4 161

"Bu gün dünyada ikili standartlar hökm sürür" ÖZƏL-MÜNASİBƏT

"Bu gün dünyada ikili standartlar hökm sürür" ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı bütün addımlar öz bəhrəsini verməkdədir. Gəlin görək, bu gün dünyada hansı proseslər gedir? Hər yer bir partlayış məskəninə çevrilib. Amma Azərbaycanda sakitlikdir və sabitlik qorunub saxlanılır". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.Deputatın sözlərinə görə, bu gün Azərbaycan inkişaf edir və güclü ordumuz mövcuddur: "Ordumuzun maddi-texniki bazası təkmilləşdirilib və ən müasir texnikalarla təchiz olunub. Bu gün ordumuz döyüşə tam hazır vəziyyətdədir və müxtəlif hərbi təlimlər keçir. Təbii ki, bunu bizim düşmənimiz bilir. Azərbaycan Ordusu hər zaman işğal altındakı ərazilərimizi geri qaytara bilər. Bu gün cənab Prezident İlham Əliyevin siyasi strateji xətti var və beynəlxalq hüquq normalarına əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Amma çox təəssüflər olsun ki, bu gün dünyada ikili standartlar hökm sürür. Bu gün BMT-nin qəbul etdiyi 4 qətnamə hələ də icra olunmur. Bu zaman sual olunur. Səbəb nədir? Deməli, ikili standartlar vardır. Lakin elə ölkələr var ki, məsələsi bir gecəyə həll olunur. Amma 26 ildir ki, münaqişə öz həllini tapmır. Biz hər zaman hazır olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək”.

sia.az

Digər xəbərlər