Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək, bəzən də bu şəxsiyyətləri bir-biri ilə müqayisə edib fərqləndirmək məcburiyyətində qalırsan. Heydər Əliyevdə elə həmin tarixi yaradan insanlardan biri idi.Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yenidən vətəninə dönən və Azərərbaycanın ziyalı elitası tərəfindən ölkəmizə rəhbərlik etməyinə çağırışından sonra iqtidara qələn Heydər Əliyevin qayıdışı mənim tələbəlik illərimə təsadüf etmişdi. O dövrdə baş verən hadisələr çox yaxşı xatirimdədir.
Respublikada çox gərgin və çox qarışıqlıq bir vəziyyət idi. O zaman ki, iqtidarda olanların səriştəsizliyi az qala Azərbaycanın bölünməsi təhlükəsinə gətirib çıxartmışdı. Bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi, bir tərəfdən də vətəndaş qarşıdurması, hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı. 1993-cü illin əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial böhrana qərq edib iyun ayındakı “Gəncə qiyamı” ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Ölkənin layiqli bir liderinə ehtiyacı var idi.Nəhayət, 1993-cü ilin iyununda Azərbaycan Respublikası Ali Sovetinin bir qrup deputatının və ziyalıların dəvəti ilə o zaman artıq Naxçıvan MR Ali Məclisinin sədri və Yeni Azərbaycan Partiyasının sədri kimi Heydər Əliyev Bakıya gəldi.Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmən ilin oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.Yeni hökumət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu.Heydər Əliyevin Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrildi, xalqın itirilmiş inamını özünə qaytardı və gələcəyə olan ümidlərini artırdı. Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olundu, qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyuldu və ən əsası torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşmanın əldə edilməsinə nail oldu.Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılmışdı. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqavilələrinin imzalanması və digər mühüm layihələrin gerçəkləşdirilməsi təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradıldı, genişmiqyaslı özəlləşdirmə proqramları həyata keçirildi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində infilyasiyanın artım tendensiyasının qarşısı alındı, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, eyni zamanda əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı.Ulu öndərimizin müdrikliyi, qətiyyəti, iradəsi sayəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz olmuşdur. Ümummilli liderimiz müstəqil dövlət qurmaqla yanaşı, eyni zamanda azərbaycanlıları birləşdirən milli təməlini – Azərbaycıncılıq ideologiyasını da yaratmışdır.Bu gün ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin etməkdədir.Azərbaycanın müstəqil inkişaf tarixi ərzində ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülmüş böyük işlərin, dünya dövlətləri birliyində ölkəmizin öz layiqli yerini tutması istiqamətində həyata keçirilən düşünülmüş tədbirlərin nəticəsi kimi, dünyanın ən mötəbər beynəlxalq qurumlara üzv seçilməsi, böyük uğur kimi dəyərləndirilməkdədir.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.Sonda demək istəyirəm ki, bir Azərbaycanlı kimi, Heydər Əliyevin tarixi kəlamlarından biri olan və insanların şüurlarına həkk olmuş “Mən həmişə fəxr etmişəm, elə indidə fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!”
sözlərini əsas tutaraq, dahi şəxsiyyət Heydər Əliyevin tarix yaratdığı bir dövrün canlı şahidi olduğum üçün, bununla fəxr edirəm və böyük qurur hissi keçirirəm.
İlham Quliyev
SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı