Siyasət

  • 6 750

"Azərbaycanda vəkillik inkişafının təməli Ulu Öndər tərəfindən qoyulub" AÇIQLAMA

image

“Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bütün Azərbaycan xalqının, vətəndaşların ürəyində əbədi həkk olunub. Təbii ki, Azərbaycan vəkilləri də kənarda qalmayıb. Məlum olduğu kimi Ulu Öndərin hakimiyyəti dövründə yəni 1999-cu ildə ölkəmizdə “Vəkillər və vəkillik haqqında” qanun qəbul edilməklə Azərbaycanın vəkilliyi müstəqillik əldə edib”. SİA-nın xəbərinə görə, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Azərbaycan post-sovet məkanında vəkilliyə müstəqillik verən ilk dövlətlərdən biri olub: “Ümummilli lider tərəfindən həyata keçirilən hüquq islahatları çərçivəsində belə bir qətiyyətli addım atılaraq digər sivil ölkələrdə olduğu kimi Azərbaycan müstəqil vəkillik əldə etməklə vətəndaşların hüquqlarının müdafiəsində, onlara keyfiyyətli hüquqi yardım göstərilməsində öz sözünü deyib. Yəni Ulu öndər Heydər Əliyevin böyüklüyü, dahiliyi məhz bu cür islahatların aparılmasında Azərbaycanın önə çəkilməsində də özünü göstərib. ”.A. Bağırov söyləyib ki, bu gün Rusiyada, Qazaxıstanda, Belarusda və digər MDB ölkələrində hələ də vəkillik Ədliyyə Nazirliyinin nəzarətində olsa da, Azərbaycanda vəkillik artıq 20 ildir ki, müstəqildir: “ Bir sözlə ifadə etsək deyə bilərik ki, Azərbaycanda vəkillik inkişafının təməli Ulu Öndər tərəfindən qoyulub”.Əsası Ümummilli lider tərəfindən qoyulan islahatların bu gün də davam etdirildiyini deyən kollegiya sədri qeyd edib ki, Azərbaycanda gündən-günə vəkillərin sayı kifayət qədər artır.

yap.org.az

Digər xəbərlər