Siyasət

  • 3 900

YAP Samux rayon təşkilatı ağacəkmə kampaniyası keçirib

image

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tədbirlər planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı silsilə tədbirlərini davam etdirir, Ümummilli Liderin tarixi xidmətləri samuxlular tərəfindən minnətdarlıqla xatırlanır. SİA-ya daxil olan məlumata görə, növbəti tədbir ağacəkmə kampaniyası çərçivəsində keçirilib.Tədbirdə YAP üzvləri və ictimaiyyətinin nümayəndələri yaxından iştirak ediblər. Xüsusilə, rayon gəncləri bu kampaniyaya böyük həvəslə dəstək veriblər. Ağacəkmə kampaniyası çərçivəsində meşə zolağına 5000-ə qədər evodiya ağacı əkilib. Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. YAP fəallarının xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilərək suvarılıb. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb.Qeyd olunub ki, evodiya ağacı nadir tapılan bitkilərdəndir və Azərbaycanda ilk olaraq Samuxda əkilib.

sia.az

Digər xəbərlər