Siyasət

  • 3 729

Britaniya qərəzi UEFA və Azərbaycan reallığına təsir etmədi ANALİTİK

image

Sirr deyil ki, son illər Azərbaycanın inkişaf və tərəqqi yolunda əzmlə irəliləməsi zaman-zaman bir sıra bəlli siyasi mərkəzləri narahat edir, həmin mərkəzlərə bağlı olan media qurumları sifarişlər əsasında qərəzli münasibətlərini beynəlxalq ictimai rəyin diqqətinə çatdırmağa cəhdlər göstərirlər. Söz yox ki, burada Azərbaycanı istəməyən qüvvələr daha çox canfəşanlıq göstərirlər ki, bütün bunların arxasında erməni lobbisinin də dayanması şübhə doğurmur. Siyasi korrupsiya vasitələri sayəsində, eləcə də sifarişlərini reallaşdırmaqdan ötrü kisələrinin ağzını açan anti-Azərbaycan xarakterli məkrli qüvvələr bu dəfə Bakıda keçiriləcək futbol üzrə UEFA finalına qarşı heç bir əsası olmayan fikirlər yayırlar. Əslində, belə çirkin kampaniyalar daha öncələr də baş verib və bu barədə yazının sonrakı hissələrində bəzi xatırlatmaları edəcəyik.

UEFA finalına qarşı verilən qərəzli rəylərin sahibləri dolayı yolla məlum dairələr tərəfindən satın alındıqlarını sübuta yetirmiş olurlar

Ancaq təəssüfedici və hiddət doğurucu məqamlardan biri də budur ki, belə məkrli plana Böyük Britaniyanın rəsmi siyasi dairələri də qoşularaq, əllərində faktlar, sübutlar olmadan qərəzli bəyanatlar səsləndirirlər. Hətta Britaniya XİN-nin bir sıra təmsilçiləri heç bir diplomatik çərçivəyə sığmayan davranışları ilə subyektiv fikirlərini ictimailəşdirməklə, necə deyərlər, odun üzərinə benzin tökməyə cəhdlər göstərirlər. Onlar bu vasitəylə belə bir əhəmiyyətli idman tədbirinin guya Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar ki, buradan həmin dairələr barədə digər mülahizələr doğur. Daha dəqiq desək, UEFA finalına qarşı verilən qərəzli rəylərin sahibləri dolayı yolla məlum dairələr tərəfindən satın alındıqlarını sübuta yetirmiş olurlar. Buna isə siyasi korrupsiya da demək mümkündür!Əslində, yalnız idman tədbirləri deyil - siyasi, iqtisadi, sosial, mədəniyyət və s. çoxsaylı tədbirlərə ev sahibliyi edən Azərbaycan daim bənzər hallarla qarşı-qarşıya qalsa da, sübut olunur ki, dövlətimizə qarşı törədilən cəhdlər boş və mənasızdır. Çünki Azərbaycan dövləti inkişaf və tərəqqi yolunu müstəqil, qətiyyətli siyasəti ilə davam etdirir və heç bir qərəz, şantaj, qarayaxma kampaniyaları bu siyasətə qarşı tab gətirmir. İstər mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, istər digər qlobal xarakterli tədbirlərin keçirilməsi, istər 2012-ci ildə “Eurovision”, istər 2015-ci ildə Avropa Oyunları, istər 2016-cı ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının bir hədəfi olub – ölkəmizin uğurlarına kölgə salmaq cəhdi...

Real faktlar qərəzli iddiaların üzərindən çalın-çarpaz xətlər çəkir

Məlumdur ki, qərəzli dairələr belə məsələlərdə dərhal insan hüquqları, qanunun aliliyi məsələsini qabardırlar. Lakin Azərbaycan dəfələrlə sübut edib ki bu iddiaların heç bir əsası yoxdur. Əksinə, Qərb ölkələrinin özündə insan haqlarının pozulması və s. azadlıqların məhdudlaşdırılması ilə bağlı faktlar, sübutlar kifayət qədərdir. Bu barədə ölkə mediasında yüzlərlə isbatlamalar mövcuddur.Maraqlıdır ki, qərəzlər sırasında cılız və məntiqsiz iddialar səslənir. Məsələn, iddia olunur ki viza rejimi problem yaradır. Lakin sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşa çox asan şəkildə viza almasına şəraiti yaradılır. Digər iddia guya otellərin baha olması ilə bağlıdır. Fəqət, Bakıda 20-30 dollardan başlayaraq daha yüksək qiymətlərə otellər on minlərlə idman azarkeşini qəbul etməyə imkan yaradır. Biz, öncəki böyük idman yarışlarında, çempionat və turnirlərində idmançı və azarkeş ordularına necə şəraitlərin yaradılmasını sübut edən faktları ortaya qoya bilərik. Onu da qeyd edək ki, həmin yarışlarda elə Böyük Britaniya idmançıları da iştirak edərək, Azərbaycanda yaradılan münbit şəraitə heyran qaldıqlarını bildiriblər. Britaniya mətbuatı AZAL-da qiymətlərin baha olması barədə də iddialar irəli sürüb. Ancaq AZAL hazırda Böyük Britaniyaya və geri olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq daha yüksək qiymətlər tətbiq edir. AZAL ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. Həmin fakt isə sözügedən iddiaların üzərindən çalın-çarpaz xətlər çəkir.Yeri gəlmişkən, Bakıda keçiriləcək final yarışında “Arsenal” firbol klubunun erməni əsilli idmançısı Henrix Mxitaryanın ölkəmizə gələ bilməsində əngəllər yaranacağını da iddia edən Britaniyanın məlum dairələri görünür unudublar ki, nəinki Mxitaryan, hətta Ermənstanın idmançıları Bakıda keçirilən müxtəlif adda idman turnirlərində iştirak ediblər və onların Azərbaycana gəlmələrinə qarşı heç bir əngəl, sədd, baryer qoyulmayıb. Hətta dövlət başçısı onlara şəxsən mükafat təqdim edib və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Bu baxımdan, “Arsenal” klubunun oyunçusu, erməni əsilli Henrix Mxitaryanın da Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Məlum sifarişləri canfəşanlıqla tətbiq etməyə çalışan məlum qərəzli dairələr birdəfəlik dərk etməlidirlər ki, sabitlik və cinayətkarlığın səviyyəsinə görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur!

UEFA finalının vaxtı və yeri təyin olunanda heç kim bu komandaların İngiltərəyə məxsus olacağını ehtimal etmirdi

Beləliklə, tam əminliklə deyə bilərik ki, Azərbyacan əvvəlki dövrdə də sübut edib ki istənilən böyük beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Məkrli planlarını realizə edən qruplar anlamalıdırlar ki, hətta UEFA finalının vaxtı və yeri təyin olunanda heç kim bu komandaların İngiltərəyə məxsus olacağını ehtimal etmirdi. Digər tərəfdən təcrübə göstərir ki, bir çox hallarda finala çıxan komandalar oyunlarını öz vətənlərindən min kilometrlərlə uzaq ölkələrdə keçiriblər və heç vaxt belə iddialar irəli sürülməyib, kampaniyalar təşkil edilməyib.Başqa tərəfdən, britaniyalıların özləri də yaxşı bilirlər ki kifayət qədər sərt xarakteri, iğtişaşlar törətmək təcrübəsi olan ingilis fanatlar bir o qədər də arzuolunan qonaq deyillər. Buna baxmayaraq, Azərbaycan bütün məsələləri ən yüksək səviyyədə təşkil etməyə hazırdır və bunu dəfələrlə əməldə sübut edib. Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairəlır Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Məlum qərəzlər isə sübut edir ki, irəli sürülən iddialar da növbəti mühüm tədbir ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. Ancaq bu məqsədlər nəticəsiz qalır və bundan sonra da qalacaq!

Azərbaycan XİN: “İdman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar”

“UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur”. Bu fikirləri isə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. XİN sözçüsünün sözlərinə görə, Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub və ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. “Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə “Qarabağ” – “Çelsi” futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar”, bəyanatda xatırladılır.Həmçinin bildirilib ki, Azərbaycan turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.Nəticə olaraq isə, əminliklə vurğulamaq mümkündür ki, istər Britaniya mediasının bəzi qərəz dairələri və bu ölkənin siyasi mərkəzləri mötəbər futbol hadisəsi ərəfəsində aldıqları sifarişlərini realizə etməyə cəhd göstərdilər, amma bu dəfə də məğlub oldular. Xüsusilə, mayın 29-da keçiriləcək UEFA finalında onlar nə qədər yanıldıqlarını bir daha dərk edəcəklər.

sia.az

Digər xəbərlər