Siyasət

  • 3 484

"Budəfəki qarayaxma kampaniyası da uğursuz olacaq" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə, Azərbaycan inkişaf edən ölkədir və bir çox uğurlara imza atıb. Ən böyük uğur isə ölkədəki siyasi sabitliyin təmin edilməsi olub. Təbii ki, bütün uğurların təməlində də bu dayanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, əldə olunan uğurların göstəricisi olmuş Azərbaycan bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi edib: "Bildiyiniz kimi Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 və s. ayrı-ayrı idman növləri üzrə beynəlxalq yarışmalar Azərbaycanda keçirilmişdi. Hər bir böyük beynəlxalq yarışmalar ərəfəsində Azərbaycanı ləkələmək, ölkəmizdə təhlükələrin mövcud olması barədə müəyyən təbliğat kampaniyası işləyir. Bu təbliğat kampaniyası ölkəmizə qarşı olan qarayaxma kampaniyasının tərkib hissəsidir və müəyyən sifarişlərin icrasıdır. Yəni ölkəmizə qarşı çevrilmiş anti-milli ünsürlərin məqsədi Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan salmaq, Azərbaycanı təhlükəli bir məkan kimi təqdim etməkdir və Bakıda keçiriləcək UEFA finalının baş tutmaması istiqamətində müəyyən işlər görməkdir. Düşünürəm ki, onların apardığı hər bir qarayaxma kampaniyası, anti-milli siyasət ancaq özlərinin boş-boş danışmaları ilə yadda qalacaq. Çünki Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün kifayət qədər təcrübə formalaşıb. Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub”.

sia.az

Digər xəbərlər