Siyasət

  • 8 972

Hacıbala Abutalıbov – 75 YUBİLYAR

image

Bu gün Azərbaycanın tanınmış siyasi-ictimai xadimi Hacıbala İbrahim oğlu Abutalıbovun 75 yaşı tamam olur. Əslən, Azərbaycanın ulu Naxçıvan diyarından olan Hacıbala müəllim, 1944-cü ilin 13 may tarixində Türkmənistanın Krasnovodsk şəhərində anadan olub.Gənc vaxtlarından həyatını elmin inkişafına həsr edən Hacıbala Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. O, 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.Hacıbala Abutalıbov, 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur.Hacıbala müəllimin elmi potensialı və təcrübəsi yalnız keçmiş SSRİ məkanında və Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da öz səmərəsini verib. Belə ki, ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və s. ölkələrdə dərc edilən nüfuzlu elmi dərgilərdə onun 200-dən artıq elmi əsər və monoqrafiyaları işıq üzü görüb, bu sahədə təhsil alan bir çox gənclər həmin əsərlərdən bəhrələniblər. Əbəs deyil ki, məhz Hacıbala müəllimin rəhbərliyi əsasında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. O, eyni zamanda, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.Hacıbala Abutalıbov elmi fəaliyyəti ilə yanaşı, həm də ölkənin siyasi həyatında da mühüm işlər aparmış nüfuzlu siyasi xadimlərimizdəndir. Belə ki, hələ 90-cı illərdə - Azərbaycanın ağır və böhranlı günlərində Ulu Öndər Heydər Əliyevə olan sədaqətini və sevgisini qorxmadan, qətiyyətlə izhar edən Hacıbala Abutalıbov, Ümummilli Liderə dəstək hərəkatının yaradıcılarından, öndə gedənlərindən olub. O, Azərbaycan dövlətinin və xalqının xilasının dahi şəxsiyyət Heydər Əliyev olduğunu qorxmadan, qətiyyətli bəyan edərək, öz sədaqətini bariz şəkildə sübuta yetirmişdir.Siyasi-ictimai fəaliyyətini 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvarınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi ilə davam etdirən Hacıbala müəllim 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və bu vəzifəsini 2018-ci ilə qədər davam etdirib. 21 aprel 2018-ci ildə isə, Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib."Şərəf" ordenli Hacıbala Abutalıbov, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvüdür, ailəlidir, iki oğlu var.

Biz, “SƏS”çilər də, fürsətdən istifadə edərək, Hacıbala müəllimi 75 illik yubiley yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür və ictimai-siyasi, elmi həyatında davamlı uğurlar arzulayırıq!

sia.az

Digər xəbərlər