Siyasət

  • 3 941

“Onlar erməni lobbisinin missionerləridir” – Bəhruz Quliyev

image

"Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti ərəfəsində bir qrup anti-milli ünsürün sözdə aksiya keçirmək cəhdləri arxasında dayanan əsas gerçəklik erməni diasporu və lobbisi tərəfindən maliyyələşdirilən xarici fondların pulları dayanır". Bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev özlərini "siyasi mühacir" adlandıraraq, Azərbaycan dövlətinin maraqları əleyhinə fəaliyyət göstərən şəxslərin uğursuz aksiya cəhdlərinə münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, bu kimi məsələlərdə Orduxan Teymurxan və onun kimi bir neçə xəyanətkarların dərhal ortaya atılaraq, sirk tamaşaları göstərmələri nəinki Azərbaycan xalqı, eyni zamanda avropalılar tərəfindən də ciddi qarşılanmır, əksinə onlar belə vasitələrlə özlərini daha da rüsvay etmiş olurlar: "Küçə təfəkküründən daha çox mağara təfəkkürü ilə ortalıqda var-gəl edən bu anti-milli ünsürlər özləri də dərk edirlər ki, onların Azərbaycan dövlətinə qarşı tətbiq etməyə çalışdıqları xain planları işə düşməyib. Onlar sadəcə, erməni lobbisinə köləlik edərək, xüsusilə erməni diasporunun maliyyələşdirdiyi, donorluq etdiyi xarici fond və təşkilatlardan nökərpulu alaraq missionerlik edirlər. Daha dəqiq desək, hazırda bir çox mühüm və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın yüksələn xətlə sosial-iqtisadi inkişafını görür və bunu qiymətləndirirlər. O cümlədən, ermənilər də artıq anlayırlar ki, Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətləri get-gedə onları dünyadan təcrid edir. Bu baxımdan, Azərbaycan dövlətinin və rəhbərliyinin mötəbər tədbirlərə Qarabağın işğalı faktı barədə irəli sürdüyü dəlillərdən ciddi şəkildə narahat olurlar. Yəni erməni lobbisi özünü sığortalamaqdan ötrü, Azərbaycan dövlətinə qarşı müxtəlif qarayaxma, şantaj, böhtan xarakterli təxribatlar düzənləyirlər və çox təəssüf ki, həmin təxribatlarda Orduxanlar və onun kimiləri "siyasi mühacir" adı altında ermənilərin əlində oyuncaq vasitə olaraq, ipli kuklalar kimi oynadılırlar. Amma fakt və sübut budur ki, onlar birbaşa düşmən marağına xidmət etməklə, daxillərindəki çirkin məkrlərini daha çox üzə çıxarmış olurlar. Təəssüf ki, bu cür dırnaqrarası adamlar üçün nə Vətən, nə dövlət, nə də xalq anlayışı mövcud deyil. Çünki onlar bütün varlıqları ilə özlərini pula-paraya satmış siyasi əxlaqsızlar yığnağıdırlar"."Belələrinin azərbaycanlı adını daşımağa nə mənəvi, nə də digər hüquqları qalmayıb", deyə qeyd edən siyasi ekspert sonda əlavə edib ki, onlar əvvəlki kimi, indi də ağır məğlubiyyətlə qarşı-qarşıya qalıblar: "Məğlubiyyətə uğradıqca isə, daha da qıcıqlanır, erməni ağalarının verdikləri təlimatlarını yerinə yetirə bilmirlər. Bu, əslində anti-milli ünsürlərin son çırpıntılarıdır. Onlar birbaşa çirkabla dolu olan bataqlığa doğru yuvarlanırlar və oradan çıxış əlbəttə ki, yoxdur".

sia.az

Digər xəbərlər