“Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”. Bunu ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda bildirib.Məsələyə münasibət bildirən millət vəkili Tahir Mirkişili SİA-ya açıqlamasında deyib: “Məktubun tam mətnindən bir daha aydın olur ki, Regionda (Şərqi Aralıq dənizi, Cənubi Qafqaz, Orta Asiya) iqtisadi inkişaf və sabitlik Azərbaycanın uğurlarından və səylərindən asılıdır. Bu həm də Azərbaycanın regional məsuliyyətinin yaranması deməkdir. 101 illik müstəqilliyini dünən qeyd edən Azərbaycan bu gün həm özünü, həm də regionu idarə edən bir xalqa, dövlətə və qüvvəyə çevrilmişdir. Bu çətin, amma şərəfi missiyanı yerinə yetirmək üçün biz indi daha ehtiyatlı və sayıq olmalı, insan kapitalmızı daha inkişaf etdirməli və dövlətiçilik prinsiplərini daha çox dəstəkləməliyik”.
sia.az