PDF Oxu

Siyasət

  • 4 040

"Avroliqanın ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti var” ÖZƏL-MÜNASİBƏT

"Avroliqanın ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti var” ÖZƏL-MÜNASİBƏT

“Bu gün Bakıda keçiriləcək UEFA Avroliqasının final oyununun ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti var”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.“Siyasi tərəfi odur ki, final oyunu üçün Azərbaycanın seçilməsi ölkəmizin beynəlxalq arenada mövqelərimizin güclənməsi, ölkəmizin iqtisadi inkişafı, ölkədə təmin olunmuş siyasi sabitliklə bağlıdır. Azərbaycan üzərinə götürülmüş bütün beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmişdir. Bu final oyunu ilə bağlı da bizi istəməyən dairələr vasitəsilə qarayaxma kampaniyalarla Azərbaycanın imicinə kölgə gətirəmək istəkləri boşa çıxdı. Bu bir daha onu göstərdi ki, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin təməlləri möhkəmdir. İqtisadi tərəfi isə odur ki, bu beynalxalq futbol oyunu ölkəmizə gələn turistlərin sayını artırır. Gələn turistlərin artması xidmət sektorun inkişafına birbaşa təsir göstərir. Həm də ölkəmizə gələn xarici valyutanın həcmi də artır ki, bu da iqtisadiyyatınmızın güclənməsinə öz töhfəsini verir”, - deyə, A.Badamov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər