PDF Oxu

Siyasət

  • 4 325

"Bakı həqiqətən idman və bayram əhval ruhiyyəsindədir" RƏY-ÖZƏL

"Bakı həqiqətən idman və bayram əhval ruhiyyəsindədir" RƏY-ÖZƏL

“Bakıda Avropa Liqasının final yarışından əvvəl “Arsenal” və “Çelsi”nin hələ öz qələbələri üçün var qüvvə ilə çalışdıqları anlarda biz Azərbaycan dövlətinin, xalqımızın və futbola şəxsi münasibətindən asılı olmayaraq hər bir vətəndaşımızın qələbəsini görürük. Qələbənin mahiyyəti hər bir azərbaycanlı üçün qürurvericidir. Bakı həqiqətən idman və bayram əhval ruhiyyəsindədir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, matçdan əvvəl təxminən bir ay müddətində cərəyan edən prosesləri yada salmaq kifayətdir ki, dövlətimizin bu oyunla bağlı məlum dairələr tərəfindən qurulan məkrli planların qarşısını necə inam və dəqiqliklə aldığının şahidi ola bilək.Baş redaktor söyləyib ki, düşmənlər oyunun baş tutacağına əmin olmamaqla yanaşı, finalın baş tutmaması və Bakıya heç kim gəlməməsi üçün hər cür addımlar atdılar: “Bir qeyri-məhsuldar erməni futbolçunun üstündə oyun qurmaqla Azərbaycanı ermənifob və qorxulu ölkə kimi tanıtmaq istədilər, oyun biletlərinin satılmaması üçün hər türlü hiylələrə əl atdılar. Yolun uzaq və qiymətlərin guya baha olması barədə gülməli nağıllar uydursalar da nəticəni dəyişməyə müvəffəq olmadılar”.A.Quliyev qeyd edib ki, əslində anti-Azərbaycan qüvvələr final oyununa qarşı pozucu işlərə əl atmaqla həm də minlərlə xarici insanın inkişaf etməkdə olan Azərbaycanın əsl mənzərəsini görməsinin qarşısını almaq istəyirdilər: “Əgər oyun ərəfəsində minlərlə ingilis və başqa millətlərdən olan futbol azarkeşləri Bakının mərkəzində hətta ən emosional formada öz əyləncələrinin ləzzətini çıxara bilirsə, bu fakt Bakını təhlükəli şəhər kimi təqdim etmək istəyənlərə öldürücü şillə effektinə bərabərdir. Maraqlı təzahürlərdən biri budur ki, düşmənlərin final oyununa və Azərbaycana qarşı pozucu fəaliyyətlərinin ifşa olunması prosesində ölkəmiz xeyli sayda yeni dostlar da qazandı.Azərbaycan mediası ilə bərabər bir sıra xarici media orqanları da Bakının təhlükəsiz şəhər, Azərbaycanın böyük beynəlxalq tədbirlər keçirmək təcrübəsinə malik olduğu barədə saysız çıxışlar etdilər. Bu, Azərbaycanın mühüm qələbələrindən biri sayıla bilər. Həm pozucu planlar polzuldu, həm də əcnəbi media, xarici idmançılar və tanınmış azarkeşlər sırasından dövlətimizə, xalqımıza yeni dostlar və tərəfdarlar qazandırdıq”.Siyasi ekspert vurğulayıb ki, final oyununa qədər prosesləri yüksək səviyyədə idarə etmək Azərbaycanın böyük təcrübəsinin və dövlət gücünün mühüm göstəricisidir: “Ölkə prezidentinin rəhbərliyi altında bütün rəsmi strukturlar, media, vətəndaş institutları, könüllülər, xüsusi xidmətlər və asayiş qüvvələri birlikdə elə bir nəticə ortaya qoya bildi ki, Azərbaycanı pis vəziyyətdə qoymaq istəyənlərin özləri pis duruma düşdü. Final oyununa qədərki proseslər Azərbaycanın həqiqətən güclü, təcrübəli, öz inkişaf yoluna möhkəm bağlı olan ardıcıl ölkə olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın bugünkü inkişafını xaricilərə təqdim olunmasının qarşısını almaq istəyən dairələr tam məğlub oldular. Fikrimcə, bu gün Bakını öz gözləri ilə görən xaricilər finaldan qabaq müəyyən beynəlxalq dairələrin niyə Azərbaycana qarşı qərəzli və ləkələyici yol tutduğunun səbəblərini çox yaxşı anlayırlar. “Arsenal” və ya “Çelsi”dən əvvəl biz - Azərbaycan dövləti və xalqımız qalib gəldi”.

sia.az

Digər xəbərlər