Mən ilk növbədə böyük və həqiqətən çiçəklənən bir respublikanın – Azərbaycanın Prezidentini və ölkənizin bütün xalqını Respublika Günü münasibətilə təbrik etmək, uzun ömür, rahatlıq və firavanlıq arzu etmək istəyirəm. Bu sözləri Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova deyib.O vurğulayıb: “Rusiya ilə Azərbaycanın əsl mehriban qonşuluq və səmimi dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir. Hamımızın sülh və əmin-amanlıq şəraitində yaşaması üçün humanitar sahənin möhkəmlənməsi, əmtəə dövriyyəsinin genişlənməsi olduqca vacibdir”.Azərbaycanın ənənəvi olaraq mühüm idman və mədəniyyət tədbirlərini böyük uğurla keçirdiyini qeyd edən T.Moskalkova deyib: “İdman hamını barışdıran bir sahədir. Mən arzu edirəm ki, UEFA Avropa Liqasının final matçı yüksək emosional səviyyədə keçirilsin və azarkeşləri məyus etməsin. Sizə yalnız müsbət emosiyalar diləyirəm”.
yap.org.az