PDF Oxu

Siyasət

  • 3 988

"Beynəlxalq ictimaiyyəti reallıqlarla daha müntəzəm tanış etməliyik" MÖVQE-ÖZƏL

"Beynəlxalq ictimaiyyəti reallıqlarla daha müntəzəm tanış etməliyik" MÖVQE-ÖZƏL

“Azərbaycana qarşı kifayət qədər sistemli informasiya müharibəsi aparılır. Bunun ən müxtəlif təzahürləri ilə rastlaşırıq”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.Bəzən ölkəmizlə bağlı çox xırda məsələlərin şişirdildiyini, beynəlxalq ictimaiyyətdə qəsdən yanlış təsəvvür formalaşdırıldığını deyən MŞ sədri söyləyib ki, belə hallara psixoloji anlamda öyrəşsək də, mübarizə də aparmalıyıq: “Prezident İlham Əliyev Respublika günü ilə bağlı keçirilən rəsmi qəbulda çıxışında da özünün müxtəlif şəxslərlə təmaslarından söz açdı. Həmin şəxslərdəki Azərbaycan barədə olan yanlış təəssüratın bəzi detallarını açıqladı. Bu kimi vəziyyətlərlə biz də üzləşirik. İstər xaricdə, istərsə də ölkə daxilində. İnsanlarla ünsiyyət önəmlidir. Onlara obyektiv həqiqətləri çatdıranda, söhbətlər aparanda anlayırlar. Hətta indiyədək Azərbaycanla bağlı məlumatlarının olmaması, ya da düzgün bilgilərə sahib olmadıqlarını da etiraf edirlər”.Ə.Amaşov bildirib ki, informasiya müharibəsinə sistemli şəkildə hazırlıq aparmalıyıq.Deputat qeyd edib ki, burada medianın üzərinə daha böyük məsuliyyət düşür: “Cənab Prezident əvvəlki çıxışlarında bu barədə geniş söhbət açıb. Jurnalistlərimiz xarici dil biliklərinə malik olmalıdırlar. Nəinki xarici dildə danışmaq, eyni zamanda belə demək mümkünsə, xaricilərin başı ilə düşünərək hərəkət etmək lazımdır. Belə yanaşsaq və iş aparsaq, şübhəsiz, xeyli təhlükələrin qarşısını almış olacağıq. Əlbəttə, yenə də deyirəm ki, Azərbaycanla bağlı sırf inkarçılığa köklənmiş qüvvələr var. Bu qüvvələr bir qayda olaraq erməni lobbisi tərəfindən idarə olunurlar. Onların əməllərini ifşa etmək üçün real faktları qabartmalıyıq. Bu adamların nə məqsədlə meydana atıldıqlarını göstərməliyik. Beynəlxalq ictimaiyyəti reallıqlarla daha müntəzəm şəkildə tanış etməliyik. Əlbəttə, bu istiqamətdəki işləri daha da intensivləşdirməyə ehtiyac var. Çünki dünya daim dəyişir, daim yeni maraq və mənafelər yaranır. Bu kimi tendensiyalar diqqətdə saxlanılmalı, adekvat fəaliyyət aparılmalıdır”.

sia.az

Digər xəbərlər