“İranı aylardır ən sərt şəkildə tənqid edən ABŞ prezidenti Donald Tramp Yaponiyaya səfər zamanı ilk dəfə İranla bağlı ritorikasını bir qədər yumşaldıb. Tramp deyib ki, guya ABŞ-ın məqsədi İranda rejim dəyişikliyi deyil və indiki rejimlə də dil tapa bilər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.“Amerika prezidenti onu da vurğulayıb ki, İranla müzakirələrə hazırdır. “Mən müharibə istəmirəm” fikrini bir neçə dəfə takrarlayan Tramp Tehranla danışıqlara başlamaq istədiyini deyib.Tramp İranla bağlı yeni açıqlamalarını niyə Tokioda səsləndirib?Fikrimcə, Tramp Yaponiya baş naziri Sinzo Abenin onunla Tehran arasında vasitəçi olmasını istəyir. Bu mümkündür. Birincisi, Yaponiya Amerikanın bölgədə əsas müttəfiqlərindən olsa da, İranla da yaxşı münasibətləri var, bu ölkədən böyük həcmdə neft alır. İkincisi, bugünlərdə İranın xarixi işlər naziri Məhəmməd Zərif də Tokioda olmuşdu, hazırda isə Yaponiya baş nazirinin Tehrana səfəri gözlənilir. Bu baxımdan Tokionun vasitəçiliyi Tehranın da işinə yarayır. Tehran ağır şərtlər altında Trampla danışıqlara başlamasa da, Yaponiya kimi vasitəçinin imkanlarından istifadə edə bilər”-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.
sia.az