“Avropa Liqasının final oyununun Azərbaycanda yüksək səviyyədə keçirilməsi az qala ölkəmizə şər atanlara, şantaj edənlərə layiqli cavab oldu”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aqil Abbas deyib.Ölkəmizdə həm ictimai asayışın, həm də təhlükəsizliyin yüksək səviyyədə qorunduğunu deyən deputat söyləyib ki, Azərbaycana gələn qonaqlar da bunu yüksək qiymətləndirdilər: “Bununla Azərbaycan dünyaya ən təhlükəsiz, sabit ölkə olduğunu sübut etmiş oldu. Azərbaycanın tolerant ölkə olması bir daha beynəlxalq ictimaiyyətə göstərildi”.A.Abbas qeyd edib ki, hətta erməni əsilli futbolçu Henrix Mxitaryanın geyimini geyərək Bakı küçələrində gəzməklə belə Azərbaycanı qıcıqlandırmaq cəhdi alınmadı: “Avropa Liqasının final oyunu Azərbaycanda bayram kimi təşkil olundu. Açılış mərasimi də yüksək şəkildə hazırlanmışdı”.Deputat Azərbaycanda belə bir beynəlxalq yarışın ilk dəfə keçirilmədiyini vurğulayaraq deyib ki, indiyədək ölkəmizdə bir neçə belə yarışlar keçirilib və Azərbaycan mühüm tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edib: “Bu yaxınlarda Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2015-ci ildə I Avropa, 2017-ci ildə İslam Həmrəylik oyunlarının, eləcə də hər il müxtəlif beynəlxalq tədbir və yarışların keçirilməsi buna əyani sübutdur”.
sia.az