“Beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.Deputat bildirib ki, beynəlxalq tədbirlərin keçirilməsi eyni zamanda Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir: “Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına, əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir”.Ötən gün Avropa Liqasının möhtəşəm final oyunun Bakıda yüksək səviyyədə keçirildiyni deyən T. Mirkişili söyləyib ki, oyundan öncə Azərbaycana qarşı çirkin kampaniyalar aparmağa cəhdlər edilsə də, anti-Azərbaycan qüvvələrinin istəkləri bu dəfə də ürəklərində qaldı.Onun sözlərinə görə, çirkin siyasi oyun əvəzinə gözəl futbol oyunu oynamaq lazım idi: “Haqsız olanlar sonda uduzurlar. Necə ki, “Arsenal” klubu erməni əsilli idmançıdan ölkəmizə qarşı istifadə etməklə ötən gün ən böyük hesabla rəqibinə məğlub oldu”.Deputat qeyd edib ki, ötən gün keçirilən final oyunun əsas qalibi isə Azərbaycan oldu: “Çünki ölkəmiz aparılan qara cəhdlərə baxmayaraq, oyuna yüksək səviyyədə ev sahibliyi etməklə öz bacarığını nümayiş etdirdi. Təbii ki işimiz bununla bitmir. Azərbaycanın ən böyük qalibiyyəti isə irəlidədir!”.
sia.az