PDF Oxu

Siyasət

  • 3 168

"Bu, “Çelsi” ilə yanaşı Azərbaycanın da qələbəsidir”” ÖZƏL-MÜNASİBƏT

"Bu, “Çelsi” ilə yanaşı Azərbaycanın da qələbəsidir”” ÖZƏL-MÜNASİBƏT

“UEFA-nın Avropa Liqasının final oyunun Bakıda keçirilməsi Azərbaycana verilən böyük etimaddır”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavinin sözlərinə görə, böyük qlobal oyunların Bakıda keçirilməsi üçün hər cür şərait vardır: “Birincisi infrastruktur var. İkincisi oyun tərəflərinin təhlükəsizliyini təmin etmək üçün və oyun azarkeşlərinin təhlükəsizliyinin təmin edilməsi üçün şərait mövcuddur. Bunun üçün bir növ iradə vardır və s. “Arsenal” - “Çelsi” oyunu yüksək səviyyədə keçirildi və səliqə-səhmanla başa çatdı. Bu onu göstərir ki, Azərbaycan ərazisi baxımdan kiçik bir dövlət olmasına baxmayaraq çox düzgün siyasi iradə və hakimiyyət yönləndirilməsi nəticəsində ölkəmiz çox böyük proseslərə ev sahibliyi edir. Azərbaycan nəinki iki komandanın yarışına, bütövlükdə Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edə bilir. Təbii ki, ötən gün keçirilən “Arsenal”-“Çelsi” oyununda da bu özünü göstərdi.Amma təəssüflər olsun ki, bu oyunlardan istifadə edib Azərbaycana qarşı çirkin kampaniya aparan təşkilatlar var. Necə ki, onlar bu çirkin oyunu “Arsenal” futbol komandasının oyunçusu Henrik Mxitaryan üzərində qurdular. Azərbaycan tərəfi öncədən müəyyən etdi ki, əslində Mxitaryan məsələsi bir oyundur. Azərbaycan sübut etdi ki, bu cür təzyiqlərə, çirkin kampaniyalara baxmayaraq ölkəmizdə çaşqınlıq yaranmadı. UEFA-nın Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə Azərbaycan bir daha böyük oyunlara ev sahibliyi etməyi bacardığını, eləcə də çirkin kampaniyalara qarşı mübarizə aparıb onları iflasa uğratmaq bacarığı olduğunu sübut etdi. Bu, “Çelsi” ilə yanaşı Azərbaycan dövlətinin bir qələbəsidir”.

sia.az

Digər xəbərlər