PDF Oxu

Siyasət

  • 4 358

"Avroliqanın Bakıda keçirilməsi Azərbaycanın uğurudur" ÖZƏL-ŞƏRH

"Avroliqanın Bakıda keçirilməsi Azərbaycanın uğurudur" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti bir uğura imza atdı. Paytaxtımız Bakı şəhəri ilk dəfə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etdi. Final Oyununa hazırlıq mərhələsi və oyunun özü çox yüksək səviyyədə təşkil olunmuşdu". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.Deputatın sözlərinə görə, final oyunun Azərbaycanda, Bakı şəhərində keçirilməsi öz-özlüyündə Azərbaycanın uğurudur: "Final oyununun keçiriləcəyi şəhərin müyyənləşdirilməsi zamanı Bakıya çox güclü rəqiblər var idi. Madrid, İstanbul və digər məşhur şəhərlər içərisindən məhz Bakıya üstünlük verilməsi Azərbaycanın ildən-ilə artan nüfüzundan xəbər verir. Bu eyni zamanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahələrinin, o cümlədən futbol infrastrukturunun yaradılması, yeni stadionların əlalxüsus Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla həyata keçirilən ümumi sosial-iqtisadi siyasətin uğurudur.Final oyunu dünyanın 200-dən çox ölkəsinə tele-transliyasiya olunmuşdur. Bir milyarddan çox tamaşaçı final oynunu izləmişdir. Dünyanın bir çox ölkəsindən 30,0 mindən çox turist final oynun izləmək üçün ölkəmizə səfər etmişdir. Bütün bunlar Azərbycanın dünyada daha geniş surətdə tanıdılmasında, təbliğ edilməsində böyük rol oynayır. Gələn il Bakı Olimpiya Stadionunda Futbol üzrə Avropa Çempionatının dörd oyununun keçirilməsi nəzərdə tutulub. Bu da Azərbaycanın getdikcə artan nüfuzundan xəbər verir.2020-ci ildə Futbol üzrə Avropa Çempionatının oyularının keçiriləcəyi şəhərlərin müəyyənləşdirilməsi ilə bağlı səs vermə zamanı Bakıya üstünlük verilməsində AFFA-nın rəhbərliyinin rolu böyük olub. UEFA Avropa Liqasıının final oyununun çox yüksək səviyyədə təşkil olunmsı göstərir ki 2020-ci ildə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının keçiriləcək oyunları da çox yüksək səviyyədə təşkil olunacaq".

sia.az

Digər xəbərlər