Bu gün "Azərkitab Kitab Təbliğatı Mərkəzi"ndə Bakı Dövlət Univerisitetinin "Qafqaz xalqları tarixi " kafedrasının müdiri, tarix elmləri doktoru,professor İradə Hüseynovanın kitablarının təqdimatı keçirilib.SİA-nın məlumatına görə görüşdə millət vəkilləri, ziyalılar iştirak edib. Müəllif öz çıxışında bildirib ki, hər birimiz Vətən sevgimizi gördüyümüz işlərlə sübut etməliyik: " Tariximizi əks etdirən bir çox kitabın müəllifiyəm. Bu iki kitabımın da cəmiyyət üçün faydalı olduğunu düşünürəm. Aimlərə göstərilən diqqət çox önəmlidir. Bu baxımdan, diqqət göstərən insanlara təşəkkür edirəm".Daha sonra ziyalılar çıxış edərək yazılan kitablar barədə fikirlərini bildiriblər.
sia.az.