PDF Oxu

Siyasət

  • 4 371

"Bu uğurlar Prezidentin yürütdüyü düzgün siyasətin nəticəsidir" AÇIQLAMA - ÖZƏL

"Bu uğurlar Prezidentin yürütdüyü düzgün siyasətin nəticəsidir" AÇIQLAMA - ÖZƏL

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, əsasən də 1993-cü ildən başlayaraq, ölkəmizin əldə etdiyi bütün uğurlarına hər zaman şər böhtan kampaniyası aparılıb. Avropa Liqasının final oyunu ərəfəsində də bunun bir daha şahidi olduq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Deputat bildirib ki, Azərbaycan qarşı həyata keçirilən “qara-piar”ın arxasında hansı dövlətlərin, təşkilatların dayandığı və onların məqsədlərinin nədən ibarət olduğunu bəllidir.Onun sözlərinə görə, anti-Azərbaycan qüvvələrinin istəyi ölkəmizin inkişafının qarşısı almaq, siyasi, iqtisadi, beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə kölgə salmaqdır: “Bu qüvvələr Azərbaycanda daxili qarışıqlıq, etinadsızlıq, çaxnaşma yaratmaq üçün fürsət əldən vermirlər. Dünyada məlum ssenari bir çox dövlətlərə qarşı tətbiq olunur. Digər dövlətlərdə bu ssenari hətta uğurla nəticələnir. Buna misal olaraq Yaxın Şərq ölkələrində gedən prosesləri göstərə bilərik. Lakin uzun illərdir Azərbaycana qarşı dağıdıcılıq missiyasını özündə daşıyan bu ssenari ölkəmizi sevməyən qüvvələrin arzusunu ürəyində qoyur”.E.Məmmədov qeyd edib ki, hətta onlar öz içimizdə olan satqınlardan da öz məqsədləri üçün istifadə edirlər: “Amma nəticə etibarı ilə onlar Azərbaycanın gündən- günə daha da inkişaf etdiyini, dünyada nüfuzunun daha da artdığını görürlər. Təbii ki bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, uzaqgörən, müdrik xarici və daxili siyasət nəticəsində əldə edilir. Dövlət başçısı bu siyasətdə xalqa arxalanır. Ölkə başçısının arxasında böyük, müdrik Azərbaycann xalqı dayanır. Bu da əlbəttə ki Prezidentə olan etimadın göstəricisidir”.Deputat vurğulayıb ki, xalq-iqtidar birliyi nəticəsində Azərbaycan daha böyük uğurlara imza atacaq, yaxın gələcəkdə Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu işğal altında torpaqlarımızı azad etməklə mühüm qələbəyə imza atacaq: “Hər birimiz dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin uğurla nəticələnməsi üçün bundan sonra da çalışdığı, işlədiyi yerdə əlindən gələni etməlidir. Bu Azərbaycanın daha da güclənməsi və çiçəklənməsi deməkdir”.

sia.az

Digər xəbərlər