"UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu digər Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq forumlar, tədbirlər, idman yarışları kimi yüksək səviyyədə təşkil olundu". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.Deputatın sözlərinə görə, Azərbaycana gələn azarkeşlər, fanatlar ölkəmizdə olan sabitliyi, əmin-amanlığı, inkişafı, qonaqpərvərliyi bir daha gördülər: "Onlar istənilən vaxt çıxıb şəhəri gəzirdilər. Bakı Olimpiya Stadionunda keçirilən o yarış günü də insanların rahat gediş-gəlişi üçün bütün şərait yaradılmışdı. Təbii ki, Azərbaycan belə tədbirlərin keçirilməsinə bir neçə dəfə ev sahibliyi edib və hər zaman da bu tədbirlər yüksək səviyyədə təşkil olunub. Biz bilirik ki, “Arsenal” – “Çelsi” oyununa təxminən ayrı-ayrı dövlətlərdən 50-60 min yaxına insan gəlmişdi. Onlar Azərbaycanda olan reallıqları öz gözləri ilə gördülər və təbii ki, ölkələrinə qayıtdıqdan sonra da Azərbaycanda olan şəraiti digər vətəndaşlarına deyəcəklər. Bu final oyunu Azərbaycan üçün çox vacib idi. Bu turnirin final mərhələsini dünyada az qala bir milyarda yaxın insan televiziyalar vasitəsilə izləyirdilər. Bir neçə müddət idi ki, bütün dünyanın gözü məhz Azərbaycana, payaxt Bakı şəhərinə yönəlmişdi.Bu final oyununu siyasiləşdirilmək istəyən bəzi üzdən iraq antiazərbaycan qüvvələri erməni lobbisinin dəstəyi və ona yaxın bəzi beynəlxalq qruplar çalışırdılar ki, oyunu siyasiləşdirsinlər, ölkəmizdə sabitliyin, əmin-amanlığın olmaması, təşkilatçılığın zəif olması və s. ilə bağlı digər misallar gətirirdilər. Eyni zamanda “Arsenal” futbol klubunun erməni əsilli futbolçusunun ətrafında çalışdılar ki, şou yaratsınlar amma Henrik Mxitaryan Bakıya gəlmədi. Baxmayaraq ki, Azərbaycan tərəfi buna kimi bir neçə beynəlxalq turnirlərdə erməni idmançılarının gəlib-getməsi ilə bağlı zəmanətlər vermişdi. O cümlədən Mxitaryana da belə bir zəmanət verilmişdi. Təbii ki, bunu UEFA da təsdiqləmişdi. Amma bütün bunlara baxmayaraq o gəlmədi. Çox güman ki, bunun arxasında onun öz fikri yox, erməni lobbisinin, separatçı rejimin fikri var idi. Final mərhələsi siyasiləşdirilməyə başlayanda daxildəki radikal qüvvələr də, o cümlədən xaricdə yaşayan bəzi “azərbaycanlılar” da çalışırdılar ki, bu məsələyə şər-böhtan ataraq oyunun Bakıda keçirilməsinin qarşısını alsınlar. Təbii ki, onlar heç nəyə nail ola bilmədilər. Daha sonra məlum oldu ki, “Arsenal” futbol klubu Mxitaryanın özü ilə vidalaşmağa hazırlaşır. Biz bu oyunun Bakıda yüksək səviyyədə keçirilməsinə görə Azərbaycanımızı təbrik edirik”.
sia.az