Siyasət

  • 3 602

“Biz qurtuluşdan tərəqqi dövrünə keçməyə başladıq” ÖZƏL-MÜNASİBƏT

image

“15 iyun Qurtuluş günü Azərbaycan xalqının fəlakətlərdən qurtulduğu gündür”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.Azərbaycanın müstəqilliyinin ilk illərinin ağır, çətin və dözülməz şəraitdə keçdiyini deyən YAP GB sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan xalqını bu çətinliklərdən qurtarmış oldu: “O zaman ölkəmiz sənəddə müstəqil olsa da, müstəqilliyini itirmək ərəfəsində idi. Çünki, daxili çəkişmələr, siyasi sabitliyin olmaması, iqtisadiyyatımızın tənəzzülə uğraması, eləcə də ali sovetin yarıtmaz fəaliyyəti Azərbaycan xalqında və ölkə gəncliyində sabaha ümidsizlik yaradırdı. Lakin Azərbaycan xalqının təkidi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra biz qurtuluşun nə olduğunu anlayıb, dərk etməyə başladıq. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik hökm sürməyə başladı. Ulu Öndər Dağlıq Qarabağ müharibəsi ilə bağlı atəşkəs rejiminin bərpa edilməsi, “Əsrin müqavilə”sinin imzalanması ilə ölkə iqtisadiyyatının inkişafı, bir çox sahələrlə yanaşı gənclər haqqında qanunların qəbul edilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artması istiqamətində bir çox işlər görməyə başladı. Bununla da biz qurtuluşdan tərəqqi dövrünə keçməyə başladıq”.S.Orucov söyləyib ki, qurtuluş günü ilə başlayan siyasət müasir Azərbaycanın beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edilməsi, həmçinin iri idman oyunların ev sahibliyi etməsində özünü göstərməkdədir: “Bu gün qonşu ölkələrin siyasi, iqtisadi, terrorla bağlı problemlərlə mübarizə apardığını görürük. Lakin belə bir zamanda Azərbaycan dünyanın, Avropanın gözü olan Formula-1 yarışlarını həyata keçirir. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin başlatdığı qurtuluş siyasətinin öz məntiqi nəticəsini verməsi, ölkə başçısının, partiyamızın sədri İlham Əliyevin bu siyasəti daha da tərəqqiyə aparmış olduğunun göstəricisidir”.

sia.az

Digər xəbərlər