Siyasət

  • 3 049

"Məcburi köçkün, qaçqın problemi sosial siyasətdə öndədir” ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə, məcburi köçkün və qaçqın problemi (Ümummilli Lider Heydər Əliyevin və cənab İlham Əliyevin prezidentliyi dövründə) Azərbaycan dövlətinin daxili siyasətində həmişə prioritet istiqamət olub. Bu məsələlər istər cəmiyyətin, istərsə də dövlətin diqqətində olan məsələlərdəndir. Şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlaması, erməni separatçılığının baş qaldırması, ermənilərin öz himayədarlarının, havadarlarının köməkliyi ilə Azərbaycan torpaqlarını işğal etməsi, ondan öncəki dövrdə isə yəni 1988-1990-cı illərdə 250 min azərbaycanlı soydaşlarımızın qaçqın düşməsi, Qarabağ və Qarabağ ətrafındakı insanlarımızın məcburi köçkün vəziyyətinə düşməsi təxminən ölkəni 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qoydu. Bütövlükdə nəzərə alaq ki, o dövrdə dövlətin büdcəsi 250 milyon dollar təşkil edirdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.Deputatın sözlərinə görə, həmin dövrdə çadır şəhərcikləri, fin evləri var idi və Ümummilli Liderin dünya ictimaiyyətinə, BMT-yə və s. müraciətləri olmuşdu: "Nəhayət ki, 2003-cü ildən sonra gəlirlərimiz artmağa başladı və cənab Prezident İlham Əliyevin bu barədə olduqca ciddi sərəncam və fərmanları (Məcburi köçkün və qaçqınların mənzil-məişət şəraitinin, sosial vəziyyətlərinin yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması, çadır şəhərciklərinin, fin evlərin ləğv edilib yeni müasir şəraiti olan evlərin tikilməsi, şəhərciklərin salınması ilə bağlı və s.) oldu. Bu, əslində böyük bir tarixdir. Biz təxminən son 30 il ərzində dünyanın üzləşdiyi ən ciddi problemlərlə üzləşdik. Azərbaycan demək olar ki, təkbaşına bu problemlərin öhdəsindən gəldi.Avropaya son bir neçə ildə təxminən 3 milyona yaxın Suriyadan, İraqdan, Liviyadan olan qaçqın və məcburi köçkün gəlib. Amma o boyda Avropa bunun öhdəsindən gələ bilmir. Hər gün orada bir problem çıxır. Azərbaycandan on dəfələrlə həm zəngin, resursları böyük olan, həm də əhalisi, ərazisi böyük olan dövlətlər bunun öhdəsindən gələ bilmir. Amma Azərbaycan dövləti öz hümanist siyasəti ilə bu işləri təkbaşına etmiş oldu. Cənab Prezident bu ili sosial müdafiədə xüsusi il adlandırıb. Bu xüsusi il ərzində də ölkə başçısının qaçqın və məcburi köçkünlərlə bağlı bir neçə sərəncam və fərmanları oldu. Onlar üçün yeni yaşayış kompleksləri, iş yerləri açıldı və onlara verilən müavinətlər artırıldı. Təbii ki, bu proseslər də davam edir. Bütövlükdə məcburi köçkün, qaçqın problemi Azərbaycanın sosial siyasətində ön yerdədir”.

sia.az

Digər xəbərlər