Siyasət

  • 3 110

İnqilabi sosial islahatlar uğurla davam etdirilir

image

İyunun 18-də imzalanan 17 Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində, artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir

İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də, son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək, vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda, sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da, buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir. Bu baxımdan, Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının böyük dərəcədə artırılması barədə iyunun 18-də imzaladığı sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərir.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq, 250 manata çatdırılıb. Minimum əməkhaqqının artımı birbaşa 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da, orta hesabla 40 faiz artmaqla, 265 manatdan 367 manata çatmasına imkan verir.

İyunun 18-də imzalanan 17 Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə, cari il ərzində, artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Dövlətimizin başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu sərəncamlar, ümumilikdə, 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Misal üçün, bu illərdə gözlənilən daha bir proses artıq reallaşdırılıb. Belə ki, bundan sonra ölkədə aztəminatlı ailələr və gənclər daha güzəştli şərtlərlə mənzillərə sahib ola biləcəklər. Məlumat üçün onu da qeyd edək ki, bir müddət əvvəl, sözügedən prosesi sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi də yaradılıb. Məhz bunun nəticəsidir ki, artıq güzəştli şərtlərlə mənzil almağın şərtləri də müəyyənləşdirilib, insanlar bundan faydalanmağa başlayıblar. Media işçilərinə, qaçqın və məcburi köçkünlərə də mənzillərin verilməsi prosesi bu siyasətin tərkib hissəsi olaraq yüksək dəyərləndirilir. O da, təsadüfi deyil ki, ölkə rəhbəri İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs Onun sosial siyasətinin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir.

Məsələn, son illər yüz minlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı, həm də digər ölkələrə göstərilən örnəkdir. Dövlət başçımız xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edir və bütövlükdə, son illər ərzində, çox ciddi sosial tədbirlərin reallaşdırılması da buna bariz sübutdur.

Daha bir önəmli məqamı da xatırlatmaq yerinə dşüərdi ki, hər il dövlət büdcəsinin böyük bir hissəsi, məhz sosial məsələlərə yönəldilir ki, bu da, ölkəmiz üçün tamamilə məqbuldur. Bu, bir daha sübut edir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

O da, bir həqiqətdir ki, sosial siyasətin uğrlu reallaşması üçün, ilk növbədə, güclü iqtisadiyyata malik olmaq lazımdır. Bu baxımdan, Azərbaycanın keçən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Başqa sözlə desək, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir.

Bu siyasət, müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla, ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub-saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də, yoxsulluq səviyyəsinin aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu siyasətin davamlı xarakter alması üçün dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar. Belə ki, hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini görəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər