PDF Oxu

Siyasət

  • 3 741

"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün ən layiqli ölkədir" ÖZƏL -MÜNASİBƏT

"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün ən layiqli ölkədir" ÖZƏL -MÜNASİBƏT

“Ümumiyyətlə Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib."Əgər Azərbaycanda imkan və şərait olmasaydı, təhlükəsizlik tədbirləri istənilən səviyyədə həyata keçirilməsəydi Forumların ölkəmizdə keçirilməsi mümkün olmazdı. Ona görə də dünya ölkələri baxır və görür ki, bunun üçün Azərbaycanda şərait vardır. Bu mənada beynəlxalq forumların Azərbaycanda keçirilməsi qərara alınır. Digər tərəfdən bu ölkəmizin nüfuzu, dünyada tanıdılması üçün çox vacibdir. Bu kimi tədbirlər keçirilən zaman qarşılıqlı dostluq münasibətləri möhkəmlənir, həm də ölkəmizə gələn xarici qonaqlar buradakı reallıqları görürlər və geniş təsəvvürə malik olurlar. Məsələn, bu gün Minsk şəhərində II Avropa Oyunları keçirilir. Amma hələ də qeyd olunur ki, Azərbaycanda keçirilən I Avropa Oyunlarının analoqu yox idi. Bir sözlə, dünya Azərbaycana heyran oldu. Eləcə də bu yaxınlarda Bakıda Avroliqanın final oyunun keçirilməsi, gələcəkdə isə bir çox mühüm idman tədbirlərinin keçirilməsi onu deməyə əsas verir ki, artıq Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün ən layiqli bir ölkədir"-deyə, T.Rzayev fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər