“Bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox mühüm addımlar atılıb. Dövlət başçısı ölkənin xaricdə beynəlxalq səviyyədə nüfuzunun daha da artırılması üçün böyük işlər görüb. Qeyd edə bilərik ki, həm ikitərəfli, həm də çoxtərəfli çox böyük layihələr həyata keçirilib. Buna misal olaraq Şimal-Cənub layihəsini, TAP, TANAP layihələrini və s. göstərə bilərik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.Onun sözlərinə görə, bunlar hamısı Azərbaycanın iqtisadi cəhətdən nəinki inkişafı, eləcə də onun təşəbbüskarı və vəsait qoyan investor ölkə kimi də dünyada tanıdır: Həmçinin beynəlxalq siyasətdə Azərbaycanın çox uğurlu rol oynaması onu təsdiq edir ki, ölkəmizin düşünülmüş, balanslaşdırılmış siyasəti yüksələn xəttlə inkişaf edir. Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq ölkəmiz geostrateji baxımından həm barışdırıcı, həm də birləşdirici rolu müvəffəqiyyətlə oynamaqdadır. Eləcə də ikitərəfli görüşlər də göstərir ki, Azərbaycanın Rusiya, İran, Avropa ölkələri ilə əlaqələri inkişaf etməkdədir. Bu siyasəti cənab Prezidentimiz uğurla həyata keçirir. Bu bizim üçün çox müsbət bir göstəricidir”.
sia.az