PDF Oxu

Siyasət

  • 3 600

“AŞPA ikili standartlar çərçivəsində sanksiyalar tətbiq edir” ÖZƏL-MÜNASİBƏT

“AŞPA ikili standartlar çərçivəsində sanksiyalar tətbiq edir” ÖZƏL-MÜNASİBƏT

"AŞPA-da Rusiya barəsində qərarın ləğv olunması və sanksiyaların geri oxunması pozitiv bir hadisədir. O nöqteyi-nəzərdən ki, Rusiya dünya proseslərində hər hansı bir rol oynamayan kiçik bir ölkə deyil. Rusiya dünyanın taleyini həll edən ölkələrdən biridir". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, Rusiya ilə bütün hallarda münasibətlərin normal dialoq müstəvisində olması həm Rusiyanın, həm də dünyanın qalan kəsiminin mənafeylərinə uyğundur: "2014-cü ildə Rusiya sanksiya tətbiq olunandan sonra və Krımın işğalından sonra nələr baş verdi? Rusiya ilə NATO-nun, Avropa Birliyinin, Avropa Şurasının, ABŞ-ın münasibətləri kəskinləşdi. Hansı ki, bu sanksiyaların tətbiq olunması dünyanın Avrasiya kimi əhəmiyyətli bir regionunda dialoq prosesinə çox pis ziyan vurdu və onu zədələdi. Əgər bu dialoq normal baş tutsa idi, nə olardı? Sonda onlar başa düşdülər ki, bu sanksiyaların əhəmiyyəti yoxdur.İkincisi, əgər bu sanksiyalar doğurdan da beynəlxalq hüquq normalarına uyğun olaraq və əsaslı olaraq tətbiq olunsa onların bir nəticəsi ola bilər. Amma baxırsan ki, bu sanksiyaların ən çox narahat doğuran tərəfi onun ikili standart prinsipi ilə tətbiq olunmasıdır. Məsələn, ikili standartlar çərçivəsində AŞPA-dan münasibətləri, sanksiyaları qərarları Azərbaycan olaraq biz də Rusiya, Türkiyə də yaşayıb. 2016-cı ildə Türkiyəyə qarşı o qərarın qəbul olunması AŞPA-nın tarixində olmayan bir fakt kimi Türkiyəyə tətbiq olundu. Yəni ölkə rəsmi monitorinq altından çıxandan 10 il sonra təkrar Türkiyədəki o hadisələrə görə qardaş ölkəni yenidən monitorinq altında qaytardılar. Eləcə də Azərbaycanın torpaqlarının 30 ilə yaxındır ki, işğal altında olmasına və BMT-nin qəbul etdiyi dörd qərtnaməyə baxmayaraq indiyədək AŞPA Ermənistana münasibətdə belə bir sanksiya tətbiq etməyib. Baxmyaraq ki, Azərbaycanın və Ermənistanın 2001-ci ildə AŞPA-ya qəbul olunan vaxtı o şərtlərdən biri Dağlıq Qarabağ probleminin dinc yolla həllində AŞPA-nın vasitəçilik etməsi idi. Amma bu günə qədər heç bir rol oynamayıb”.

sia.az

Digər xəbərlər