PDF Oxu

Siyasət

  • 4 006

"UNESCO Azərbaycanın milli irsinin qorunmasına böyük töhfələr verir" AÇIQLAMA-ÖZƏL

"UNESCO Azərbaycanın milli irsinin qorunmasına böyük töhfələr verir" AÇIQLAMA-ÖZƏL

“Dünyada böyük əhəmiyyətə malik bir təşkilat olan UNESKO-nun ümumdünya İrs komitəsinin 43-cü sesiyasının açılış mərasiminin keçirilməsi təşkilatın Azərbaycana dəyər verdiyinin əsas göstəricisidir” . Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputat Eldəniz Səlimov açıqlamasında deyib.Ölkəmizlə təşkilat arasında sıx əlaqələrin olduğunu diqqətə çatdıran deputat söyləyib ki, Azərbaycan ötən 27 il müddətində bir sıra sahələrdə uğurlu əlaqələrin qurulması və fəal təmsilçiliyimizlə verdiyimiz töhfələrlə UNESKO-nun işində uğurla iştirak edir.E.Səlimov vurğulayıb ki, UNESCO Azərbaycanın milli irsinin qorunmasına böyük töhfələr verir:Onun sözlərinə görə, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilərək yenidən qurulub: “ Bu baxımdan sözügedən təşkilatın sessiyasının Azərbaycanda keçirilməsi bizim üçün qüruruvericidir. Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da sessiyanın açılış mərasimində etdiyi çıxışında bildirdi ki, bu cür mühüm toplantının ölkəmizdə keçirilməsi böyük şərəfdir”.Azərbaycanın bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin həm ölkəmizin dünyada nüfuzunun daha da artması və bütün istiqamətlərdə dünyaya çıxışını daha da möhkəmləndirməsi istiqamətində böyük əhəmiyyətə malik olduğunun vurğulayan deputat bu cür tədbirlərin ölkə turizminin inkişafına böyük töhfə verdiyini qeyd edib: “Tədbirlərə qatılmaq üçün ölkəmizə gələn hər kəs Azərbaycan həqiqətlərini öyrənməklə yanaşı, ölkəmizin gözəlliyi, sakitliyi, sabitliyinin şahidi olmaqla növbəti dəfə artıq turist kimi səfər etmək istəyi ilə çıxış edirlər. Bütün bunlar ölkə turizminin inkişafı üçün vacibdir”.

sia.az

Digər xəbərlər