“Ermənistanin hakim “Vətəndaş sazişi” partiyası daxilində kimin baş nazir Nikol Paşinyana daha yaxın dayanacağı ətrafında qızğın mübarizəyə başlanılıb”. SİA xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya müsahibəsində siyasi texnoloq Armen Badalyan deputat Sasun Mikaelyanın bəyanatını şərh edərkən deyib.Belə ki, ötən gün Sasun Mikaelyan öz komandasını “məxməri inqilab” ideyaları və prinsiplərinə söykənməyə çağırıb və onun nəzərincə əks halda “məxməri uzaqlaşdırılma” baş verə bilər.Qeyd edək ki, Mikaelyan daha əvvəl hakim partiyanın Abovyan şəhərinin merliyinə namizəd irəli sürməsinə qarşı çıxıb. Nəticədə hakim partiya tərəfindən irəli sürülən namizəd iyunun 9-da keçirilən şəhər merliyi seçkilərində uduzub.Badalyanın fikrincə, “məxməri inqilab” kriminal-oliqarx sistemini dəyişib, lakin alternativ olaraq bir nəfərin hakimiyyətini təklif edib.“Paşinyanın özü isə “Vətəndaş sazişi”nin bu yaxınlarda keçirilən qurultayında deyib ki, əvvəlki hakimiyyətin epoxasına son qoyulub, partiyanın isə konkret olaraq belə bir ideologiyası yoxdur”, erməni siyasi texnoloqu xatırladıb.Badalyanın sözlərinə görə, əslində “Vətəndaş sazişi” partiyasında əvvəlki hakimiyyətin epoxa çalarları var, sadəcə həmin ideologiya dəqiq şəkildə formalaşdırılmayıb: “Hazırda partiyada baş nazir faktı sementləşdirilib və onun ətrafında bütün komanda yığılıb. İndi isə, həmin komandanın daxilində kimin ona daha yaxın olması uğrunda mübarizəyə başlanılıb. Kim administrativ və s. məsələlər ətrafında baş nazirə yaxın olacaq. Bu şəhər meri kreslosu, qubernator vəzifəsi, universitet rektoru və s. və i. ola bilər”.Məhz bu mənada Badalyan Sasun Mikaelyanın narazılığını şərh edib və bildirib ki, Mikaelyan komanda daxilində baş qaldırmış qarşıdurmaları nəzərdə tutub. Erməni siyasi texnoloqu partiyadaxili qarşıdurmaların artacağı proqnozunu verib: “Paşinyan nə qədər çalışsa da partiya daxilindəki bu qanadları kəssin, buna nail ola bilməyəcək, həmin qanadlar həmişə olacaq”.Erməni eksperti onu da istisna etmir ki, Paşinyan partiya daxilində qarşıdurmalar yaradanları hakim komandadan uzaqlaşdıra da bilər: “Lakin bu adamların hamısından Paşlnyan qurtula bilməyəcək”.Badalyan bunu belə izah edib ki, məsələn Sasun Mikaelyanı götürərsə, o Kotayk vilayətində kifayət qədər ciddi təsirlərə malikdir və hərbiləşdirilmiş “Yerkrap” könüllülər ittifaqına rəhbərlik edir. Parlament seçkilərində isə, majoritar siyahısına görə Mikaelyan hakimiyyətin digər namizədlərindən daha çox – 31 min səs toplamışdı.“Mikaelyanı bu qədər təsirlərə və resurslara malik olmasına rəğmən kənara itələmək baş nazir üçün çox təhlükəli nəticələnə bilər”, Badalyan bildirib.
sia.az