PDF Oxu

Siyasət

  • 3 474

"Ölkədə gedən dayanıqlı iqtisadi artım davam edir" ÖZƏL -MÜNASİBƏT

"Ölkədə gedən dayanıqlı iqtisadi artım davam edir" ÖZƏL -MÜNASİBƏT

"Ümumiyyətlə 2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra biz görürük ki, ölkə başçısı cənab İlham Əliyev seçki ərəfəsində söylədiyi kimi artıq Azərbaycan növbəti bir mərhələyə qədəm qoydu". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.Millət vəkilinin sözlərinə görə, həm dövlət idarəçiliyində islahatların aparılması, həm də insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır: "Elə bu ilin yanvar və iyun ayında iki dəfə sosial paketin imzalanması ilə bağlı çox mühüm müvafiq sərəncamlar imzalandı. Minimum əməkhaqqı 130 manatdan 180 manata, daha sonra isə 250 manata çatdırıldı. Bununla belə bütün büdcədən maliyyələşən təşkilatlarda işləyən Azərbaycan vətəndaşlarının əməkhaqqıları artırıldı. Təkcə iyun ayında büdcədən maliyyələşən işçilərin orta aylıq əməkhaqqısının təxminən orta hesabla 40 faizədək artırılması ilə bağlı cənab Prezident tərəfindən sərəncamlar imzalandı. Təbii ki, bu, ölkədə gedən dayanıqlı iqtisadi artımla bağlıdır. Cənab Prezidentimizin apardığı daxili iqtisadi siyasətin nəticəsidir ki, məhz altı ay ərzində insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində bu qədər sərəncamlar imzalandı. Ölkə başçısı bütün görüşlərində vurğulayır ki, bu işlərlə hələ kifayətlənmirik. Cənab Prezident söyləyir ki, Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır və bu istiqamətdə də hər zaman ciddi islahatlar aparılır”.

sia.az

Digər xəbərlər