PDF Oxu

Siyasət

  • 4 437

"Prezidentin sərəncamları sistemlidir və bir-birini tamamlayır" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin sərəncamları sistemlidir və bir-birini tamamlayır" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, Prezident İlham Əliyevin keçirdiyi bütün görüşlər, imzaladığı fərman və sərəncamların hər biri əhəmiyyətlidir. Çünki bu bilavasitə xalqla ünsiyyətdir və xalqın rifahına yönəlmiş qərarlardır, əsasnamələrdir, göstərişlərdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Deputatın sözlərinə görə, ölkə başçısı son dövrlərdə insanların sosial rifah halının yaxşılaşdırılması ilə bağlı çox əhəmiyyətli sərəncamlar imzalayırsa, mütəmadi olaraq yerlərdə olursa, əhali ilə görüşürsə, əhalinin təkliflərini, arzularını dinləyirsə və daha sonra bu nəticələr, problemlər barəsində müəyyən sərəncamlar imzalayırsa, əlbəttə ki, bu xalqın rifahı, insanların yaxşı yaşaması, ölkənin tərəqqisi üçündür: "Bununla belə həmin sərəncamlar ölkənin nəinki daxili aləmdə, eləcə də beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə hesablanıb. İmzalanan son sosial paketlərlə bağlı sərəncamlar təkcə Azərbaycan xalqında böyük inam yaratmayıb, həm də dünyada, beynəlxalq aləmdə ölkəmizə qarşı münasibətləri dəyişib. Artıq bir çox beynəlxalq təşkilatlar bunun qiymətini verirlər və bildirirlər ki, Azərbaycanda insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbəri sistemli tədbirlər həyata keçirir. Bu sistemli tədbirlər nəinki aztəminatlı ailələrə şamil olunur, eləcə də bir çox dövlət qurumlarında, xidmət sahələrində işləyənlərə, şəhid ailələrinə və s. şamil olunub. Əgər son sərəncamlar 2 milyondan artıq insanı əhatə edirsə, bu, çox böyük nailiyyətdir. Əlbəttə ki, bu sərəncamlar sistemlidir və bir-birini tamamlayır. Sözsüz, hələ gözlənilir ki, cənab Prezident bundan sonra yeni sərəncamlara imza atacaq”.

sia.az

Digər xəbərlər