“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünyada mədəni irsin qorunub saxlanılması baxımından mühüm platformadır. Sessiyanın açılış mərasimində ölkənizin Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı dövlətinizin mədəni və maddi irsə verdiyi dəyərin bariz nümunəsidir”. SİA-nın məlumatına görə, bu fikirləri sessiyada iştirak edən ABŞ-ın Minnesota Universitetinin professoru Artun Çen söyləyib.O,deyib ki, bu tədbir iştirakçı dövlətlərin yeni maddi və qeyri-maddi mədəni irs abidələrinin UNESKO-nun siyahısına salınması üçün səmərəli müzakirələr aparmaq və bu istiqamətdə mühüm qərarlar vermək baxımdan əhəmiyyətlidir. Qonaq xalqımızın qonaqpərvərliyi və mehribanlığını da xüsusi qeyd edib.
sia.az