PDF Oxu

Siyasət

  • 3 360

"Azərbaycan UNESKO ilə sıx əməkdaşlıq edir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan UNESKO ilə sıx əməkdaşlıq edir" ÖZƏL-MÜNASİBƏT

"UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sesiyasının Bakıda keçirilməsi və ölkəmizə çoxlu qonaqların gəlməsi ölkəmizə beynəlxalq səviyyədə olan inam və etibarın göstəricisidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrilib: "Məhz Bakıda qəbul olunan qərarlar dünyada baş verən humanitar problemlərin aradan qaldırılmasına, multikulturalizmin dünyada təbliğinə, mədəni və milli irs nümunələrinin qorunması üçün əhatə dairəsinin genişlənməsinə töhfə verir. Azərbaycan UNESKO ilə sıx əməkdaşlıq edir və Birinci vitse prezident UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə xidmətləri daha böyükdür. Mehriban xanımın fəaliyyətində tarixi abidələrin bərpa edilməsi, milli mənəvi dəyərlərimizin dünyaya çatdırılması və ümumiyyətlə Azərbaycanın dünyada tanıdılmasında və UNESKO ailəsinə yaxından daxil olunmasında daha aydın görünür".

sia.az

Digər xəbərlər