PDF Oxu

Siyasət

  • 3 912

“Azərbaycan yaranan şəraitdən öz milli maraqları naminə istifadə etməyə nail olub” MÖVQE - ÖZƏL

“Azərbaycan yaranan şəraitdən öz milli maraqları naminə istifadə etməyə nail olub” MÖVQE - ÖZƏL

“2019-cu ilin ilk 6 ayı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş yaratmasa da, Azərbaycanda islahatların geniş vüsət alması ilə tarixə keçdi. Əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, məhkəmə-hüquq islahatları, güc strukturlarında generalların yeni vəzifələrə təyin olunması ilə əlamətdar oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.Regionda və dünyada təlatümlü proseslərin getdiyini deyən politoloq söyləyib ki, bu proseslərin - xüsusilə də Gürcüstan və Ermənistanda baş verən hadisələrin, iğtişaşların Azərbaycana sıçramasının qarşısını almaq üçün güc strukturlarının yeni rəhbərliklərinin üzərinə böyük məsuliyyət düşür və yəqin ki, onlar bunun öhdəsindən peşəkarlıqla gələcəklər.N. Məmmədova qeyd edib ki, Türkiyə-Rusiya ittifaqı, İranla böhran ucbatından dünya bazarında neftin qiymətinin artması, Ermənistandakı daxili siyasi qarşıdurma, Dağlıq Qarabağdakı separatçı rejimlə ziddiyyətlər cəbhə bölgəsində Azərbaycanın xeyrinə olan əlverişli şərait yaradıb: “Azərbaycan ilin ilk yarısında yaranmış bu şəraitdən maksimum öz milli maraqları naminə istifadə etməyə nail olub və bu ilin sonunadək davam edərsə, 2019-cu il Azərbaycanın müasir tarixində sabitlik və uğurlu islahatlar ili kimi yadda qala bilər”.

sia.az

Digər xəbərlər